Mədəniyyət

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" adlı sərgi açılıb

Dekabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qərbi Azərbaycan incəsənətinə həsr edilmiş "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" adlı sərgi açılıb. 

"Respublika" xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbycan Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Qızılı Xalçalar" Qalereyasının kolleksiyasından təsviri və dekorativ tətbiqi sənətin müxtəlif növlərinə aid eksponatlar və s. nümayiş etdirilir.

Sərgi 28 fevral 2024-cü il tarixinədək davam edəcək.