Luk Karole: Fransa xalqlarımıza qarşı soyqırımı törədib
Dünya xəbərləri

Luk Karole: Fransa xalqlarımıza qarşı soyqırımı törədib

Fransa insan haqları ölkəsi hesab edilir, lakin bizim ölkələrimizdə yerli xalqa qarşı müstəmləkə siyasəti aparır. Fransa xalqlarımıza qarşı soyqırımı törədib.

Bu fikirləri "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans ərəfəsi keçirilən mətbuat konfransında Martinikanın azadlığı partiyasının nümayəndəsi Luk Karole bildirib.

L.Karole əlavə edib ki, Fransanın iqtisadiyyatını inkişaf etdirmək üçün onlardan qul kimi istifadə edilib. Nigeriya, Senaqal kimi ölkələr də müstəmləkəçiliyə məruz qalırlar. Onlar azad olmaq üçün mübarizə aparırlar.

Fransanın müstəmləkəçiliyi ilə mübarizədə beynəlxalq təzyiqlər olmalıdır. Artıq Fransa imperialist mövqedən çıxış edə bilmir.

Ancaq Fransa öz səylərini davam etdirir və radikallaşma gözə çarpır. Fransa Martinikanı ayrıca xalq olaraq görməkdən imtina edir.

Biz öz aramızda ana dilimizdə danışırıq. Lakin Fransa regional dillərlə bağlı qanuna imza atmayıb. Biz yaxın zamanda bir sənəd qəbul etdik ki, öz dilimiz Fransa ilə eyni statusa bərabər olsun. Lakin Fransa isə deyir ki, tək rəsmi dil fransız dilidir. Onlar başqa dilin rəsmi dil olmasından imtina edir.