Lələtəpə yüksəkliyində ucalan bayrağımız
Digər xəbərlər

Lələtəpə yüksəkliyində ucalan bayrağımız

Xalqımızın tarixini vərəqlədikcə, mütərəqqi, özünəməxsus dərin köklərə bağlı milli dəyərlər, qəhrəmanlıq nümunələri ilə yanaşı, həm müsibətli, acınacaqlı hadisələrin genefondumuza vurulan ağır zərbələrin, onların acı nəticələrinin şahidi oluruq.

Ümumi insanlığa nümunə ola biləcək, humanistlik, sülhsevərlik, qonaqpərvərlik, rəhmlilik kimi ülvi milli xüsusiyyətlər təəssüf ki, çox zaman başqa xalqlar dövlətlər tərəfindən düz başa düşülməyib ya düzgün dəyərləndirilməyib, qarşılığı isə xəyanətlə, təcavüzlə, işğalla verilib. Bu mənada son ikiyüzillik tariximiz daha  acınacaqlıdır. Qədim dövlətçilik ənənələrinə malik olan ölkəmizin coğrafi ərazilərinə zaman-zaman çirkin niyyətli yadelli millətlər yerləşdirilib, coğrafi ərazilərimiz hissə-hissə qonşu dövlətlər tərəfindən işğala məruz qalıb. Bütöv Azərbaycanın şimali, cənubi, qərbi, şərqi kimi qondarma bölgələrə bölünməsi həmin xəyanətlərin acı nəticəsidir. Bütün dövrlərdə dünya sivilizasiyasının elmi, iqtisadi, texniki, sosial, mədəni inkişafı prosesində iştirak etmiş, dünyaşöhrətli  klassiklər, alimlər, görkəmli incəsənət adamları, qəhrəmanlar yetirmiş bir ulu torpağın  niskilini görürük. Biz bu ədalətsizliklə razılaşmayacağıq. Bu inamı bizdə hələ 2016- ilin 1-4 aprel günlərində rəşadətli ordumuz onun başında duran cəsarətli sərkərdəmiz İlham Əliyev yaratdı. Məhz həmin tarixlərdə ordumuz erməni işğalçılarına   sarsıdıcı zərbələr vuraraq böyük qələbəyə aparan yola işıq saldı. Bu, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi qələbə oldu. Ordumuz bu hərbi-siyasi gedişlə beyinlərdəki "ermənilərin məğlubedilməzliyi sindromu"nu sındırdı, əvəzində Azərbaycan insanının qələbəyə inamını artırdı. Dördgünlük müharibə zamanı ordumuz itki versə uzun illər işğal etdiyi yerlərdə möhkəm hərbi müdafiə mövqeləri yaratmağa nail olmuş erməni silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurdu. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, bir sıra olduqca  hərbi-strateji əhəmiyyəti olan vacib yüksəklikləri, o cümlədən məşhur Lələtəpə yüksəkliyini, strateji əhəmiyyətli yolları öz nəzarətinə götürdü. Dərhal da azad olunmuş yerlərdə quruculuq işləri başlandı. Qısa müddətdə Cocuq Mərcanlıya sakinlərin daimi yaşayış üçün köçürülməsi təmin edildi. Bu o demək idi ki, artıq Azərbaycan dövləti tərəfindən həmin azad olunmuş kənddə məskunlaşdırılan sakinlərimizə həyat zəmanəti verildi. Bu addım Azərbaycan ictimaiyyətində özünəinam yaratdığı qədər, ermənilər arasında da narahatlıq doğurdu. Ermənistan dövlətinə   onun havadarlarına hərbi-siyasi mesaj oldu.

Beləliklə, erməni mifi ifşa olundu, ordusu barədə uydurulmuş nağıl sona çatdı, yüzillər boyu hegemon dövlətlərin hərbi-siyasi təsiri nəticəsində zaman-zaman itirilmiş ərazilərimizin qaytarılmasına, bərpasına start verildi. Buxalqımızın taleyində şərəfli bir  geridönüş nöqtəsi oldu. Bütün baş verənlər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunda, şəxsi heyətin ruh yüksəkliyi, qələbəyə köklənməsi, nikbin mənəvi-psixoloji durumu digər kompleks tədbirlərin görülməsində uğurlu işinin məntiqi nəticəsi idi. O, dəfələrlə ən yüksək kürsülərdən bəyan etmişdi ki, "Biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik". Bəli, belə oldu. Bu hərbi-siyasi uğurun davamı gəldi. 2020-ci ilin 27 sentyabr, 9 noyabr döyüşləri əldə etdiyimiz digər hərbi nailiyyətlər, Qarabağda işğaldan azad olunan böyük ərazilərimiz Ermənistanın bu gün can verən hərbi, siyasi, iqtisadi vəziyyəti...

1-4 aprel 2016- il tarixi xalqımızın, dövlətimizin taleyinə yazılmış şanlı tarixdir.

HÜSEYN-XƏZƏR.