İranda təhsil müəssisələri fəaliyyətini dayandırdı
Region

İranda təhsil müəssisələri fəaliyyətini dayandırdı

İranın şimal-şərqindəki Xorasan əyalətinin mərkəzi olan Məşhəddə hava çirkliliyi səbəbindən təhsil müəssisələri və idman salonları bağlanıb.

"Respublika" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Bildirilib ki, bölgədəki qum fırtınası dəmiryolu əlaqəsinin pozulmasına səbəb olub.

Müvafiq qurumlar ürək və tənəffüs yolları xəstələrini məcburi olmadıqda səfərlərdən çəkinməyə çağırıblar. Həmçinin çölə çıxmalı olanlara isə tibbi maskalardan ​​istifadə etmək tövsiyə olunub.

Nəzrin ELDARQIZI,

"Respublika"