İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ
Region

İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ

Yevlaxda 17 iyun-Tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək, onlara bu çətin və çərəfli işlərində uğurlar arzulayıb. Ulu öndərin hakimiyyətə qayıdışından sonra tibb sahəsində həyata keçirdiyi islahatlar səhiyyə sahəsinin inkişafının əsasını qoydu. Heydər Əliyevin ölkə səhiyyəsinə diqqət və qayğısının nəticəsi olaraq 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il 17 iyun Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Azərbaycan səhiyyəsi inkişaf və tərəqqi edən bir sahəyə çevrilmişdir.

Sonra çıxış edən “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi-nin direktoru Fazil İsmayılov qeyd etdi ki, Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da təkan vermişdir. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.

Tədbirin sonunda, bir qrup tibb işçisinə Yevlax Şəhər İcra Hakimiyyətinin “Fəxri Fərman”ları təqdim olundu.

                     Zabit XƏLİLOV,

                     “Respublika”.