İlon Mask Beynəlxalq Astronavtika Konqresində fərdi nominasiyada qalib elan olunub
Gündəm

İlon Mask Beynəlxalq Astronavtika Konqresində fərdi nominasiyada qalib elan olunub

Dünən Bakıda işə başlamış 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində kosmosun tədqiqi sahəsində mühüm nailiyyətlərə görə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, "SpaceX"in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask fərdi nominasiyada qalib elan edilib. Komandalar arasında qaliblər NASA, ESA, CSA, "James Webb Space Telescope" şirkətləri də olub.

Beynəlxalq Astronavtika Konqresi (IAF) mühüm nailiyyətlər və beynəlxalq əməkdaşlıq mükafatı astrofizik Tomas Zurbuhenə təqdim edilib.