İllər ötsə də, yurd unudulmaz
Digər xəbərlər

İllər ötsə də, yurd unudulmaz

"Böyük Ermənistan" iddiası ilə 200 ildən artıq bir dövrdə qınından sıyrılmış paslı qılınc kimi qanlar axıdan, şəhər kəndləri dağıdıb viran qoyan, eyni zamanda özünü "zavallı" bir xalq kimi qələmə verən, güclü dövlətlərin qoltuq ağacına çevrilən ermənilər qədim Oğuz ellərində - Qərbi Azərbaycanda soydaşlarımıza qarşı qanlı terror hadisələri törətmişlər.

Erməni vandalları 1905-1907-ci, 1918-ci illərdə Qərbi azərbaycanlıları yurd-yuvalarından didərgin salmış, şəhər kəndlərimizi dağıdıb viran qoymuşlar.

Tarixi Azərbaycanın qərb bölgələrini - Göyçə, Zəngəzur, İrəvan, Ağbaba mahallarını, hər qarışında türkün böyük tarixinin izləri yaşayan qudsal torpaqlarımızı, Qaraqoyunlu Göyçə gölünü düşünərkən ilkin xatırladığım ruhumu yerindən oynadan bir ifadə olur: Ağır ellər! Ağır, çox ağır ellərimiz erməni xəyanəti nəticəsində viran oldu. Kiçik Qafqazın o təkrarsız mənzərələrini kim görməyibsə, Göyçəni dörd dolanıb Ələsgər ocağında sazın-sözün sehrində, necə deyərlər, "varından yox olmayıbsa", onların bir-birindən gözəl kəndlərində çörək kəsməyibsə, o ellərin bal kimi şirin ləhcəsini dinləməyibsə, nələri itirdiyini təsəvvürünə gətirə bilməz.

Gənclik illərimdə, o torpaqlardan ayrı düşəcəyimiz kimsənin ağlına gəlməyən vaxtda ulu Göyçədən, doğma kəndim Ardanışın erməni vandallarının tabeliyində qalmasından doğan yanğını belə ifadə etmişdim:

"İrəvan çuxuru" alışır sazda,

Sinəmə sığmayan "Göyçə gülüm" var...

Dağların başında Ələsgər kimi

Bizdən ayrı düşən bir küsülüm var!

Qərbi Azərbaycan, erməni tapdağı altında olan İrəvan xanlığı, Zəngəzur mahalı digər əzəli yurd yerlərimiz olan bölgələrimiz haqqında çoxsaylı kitablar yazılmış, xəritələr hazırlanmış, ermənilərin tarixən terrorçu bir millət olduğu dünya ictimaiyyətinə çatdırılmışdır.

Erməni vandalları 1918-ci ildə Qərbi Azərbaycanın bir parçası olan Çəmbərək (Krasnoselo) rayonunda dinc əhaliyə qarşı vəhşiliklər törətmiş, Novruz bayramı ərəfəsində soydaşlarımız amansızlıqla qətlə yetirilmiş, bu qanlı terror hadisələri qatı millətçi Stepan Şaumyanın göstərişi ilə həyata keçirilmişdir.

1948-1953- illərdə İ.Stalinin, Molotovun, Arutyunovun göstərişi əsasında 150 min soydaşımız Qərbi Azərbaycandan - Ermənistandan sürgün edilmiş, nəticədə əhali arasında kütləvi qırğın törədilmiş, Azərbaycanın Kür-Araz ovalığına köçürülən insanların çoxu iqlim şəraitinə dözə bilməmişdir. Bəs bu günahsız insanların səfalətə düçar olmasına qırğına niyə heç kəs səsini çıxarmadı? Çünki bu xəyanətin əsas təşkilatçısı erməni diasporu Moskvadakı ermənipərəst rəhbərlər idi.

Erməni vandalları 1988-ci ildə Qərbi azərbaycanlılara qarşı mənfur daşnak siyasətinin ən qəddar mərhələsini həyata keçirdilər. Həmin ilin fevralından noyabr ayına qədər Ermənistandakı azərbaycanlılar çox böyük amansızlıqlarla üzləşdilər. Uydurma Qarabağ məsələsini ortaya atan haylar İrəvanda digər ərazilərdə mitinqlər təşkil edərək türksüz respublika yaratmağa nail oldular.

Cəmi 10-15 gün ərzində 300 min Qərbi azərbaycanlı öz ata-baba torpaqlarından qovuldu. Bu qəddarlığın həyata keçirilməsində Mixail Qorbaçov ermənilərin arxa, dayağı oldu. Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlının qəddarlıqla qovulub çıxarılması prosesi başa çatdı. Azərbaycan İrəvan boyda bir torpaq, 2 minə qədər kənd qəsəbə, yüzlərlə abidə itirdi.

Mən əslən Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ardanış kəndindənəm. Bir müəllim kimi qəlbimin hərarətini gözlərimin nurunu gənc nəslin təlim-tərbiyəsinə həsr etmişəm. Gənclik illərimi "Şah dağı", "Ada təpə" yaylağında keçirmişəm, o yerlərin hər qarışında ayaq izlərim qalıb. "Göyçə gölü", " çay", "Qara çay"ın nəğməli sahillərində böyümüşəm. İnanıram ki, günlərin birində o qəribsəmiş yurd yerlərinə dönəcəyəm.

Qərbi Azərbaycan kimi böyük bir eldən ayrılıqdan 35 il keçib. 24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi azərbaycanlı ziyalıları ilə görüşü hamıda ata-baba yurduna qayıdışa inam yaradıb. Vətən müharibəsində tarixi qələbəmizdən sonra bizim ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıdışın reallaşmasıdır. Bunun üçün Qayıdış Konsepsiyası hazırlanmışdır

İllər ötüb keçir, yaşın üstünə yaş gəlir. Ancaq dilimizin əzbəri, sözümüzün mübtədası yalnız yalqız Qərbi Azərbaycandır. Biz dözə bilmərik ki, haylar azərbaycanlılara məxsus olan əraziləri özününküləşdirsinlər. Biz buna yol vermərik. Qərbi Azərbaycana qayıdış bizim haqqımızdır!

Froza ƏLİYEVA,

müəllim.