İƏT-ə üzv ölkələrin əmək nazirlərinin V konfransı Bakıda keçiriləcək
Sosial həyat

İƏT-ə üzv ölkələrin əmək nazirlərinin V konfransı Bakıda keçiriləcək

İƏT-ə üzv ölkələrin əmək nazirlərinin V konfransı 21-23 noyabr 2023-cü il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə səylərin gücləndirilməsində İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin konfransları xüsusi əhəmiyyət kəsb edir. Bakıda keçiriləcək növbəti konfrans da bu məqsədə xidmət edəcək.

"Respublika".