Fars rejimi təxribatlarına davam edir
Digər xəbərlər

Fars rejimi təxribatlarına davam edir

Bir müddət öncə, Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda itkin düşməsilə bağlı xəbərlər yayılmışdı. Fevralın 20- İrana səfərə getdiyi məlum olan, lakin martın 4-dən etibarən  xəbər alınmayan Fəridin bu ölkədə həbs olunduğu məlum olub. Bunu iyun ayının 2- yerli medianın sualına cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi deyib.

Bildirilib ki, tərəfimizdən 9 mart tarixli mətbuat açıqlamasında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni 9 mart tarixindən etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi İran tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə, müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlanıb. Tərəfimizdən edilmiş çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə F.Səfirlinin ailəsinə müvafiq məlumat verilib. Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən, həm Xarici İşlər Nazirliyi, həm Təbrizdəki Baş Konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılmaqdadır. Bununla yanaşı, F.Səfərlinin ailəsi özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş Konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür.

İyunun 3- XİN daha bir bəyanat yayıb. Bəyanatda qeyd olunub: "Cari ilin yanvar ayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə, İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur. Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur. İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur".

Politoloq Tural İsmayılov vətəndaşımızın həbs olunması XİN-in verdiyi bəyanatlarla bağlı məsələyə münasibət bildirib: "Hesab edirəm ki, İranda vətəndaşımızın  həbs olunması bu ölkənin Azərbaycana qarşı olan qəbuledilməz siyasətini növbəti dəfə nümayiş etdirməsidir. Bu, onu deməyə əsas verir ki, fars rejimi birmənalı şəkildə Azərbaycana qarşı savaş aparmaqla məşğuldur. Rəsmi Tehran  Azərbaycan səfirliyinə edilən terror aktına hələ açıqlama verməyib. Həmçinin millət vəkili Fazil Mustafaya qarşı edilən sui-qəsdə görə üzrxahlıq olunmayıb. Bu dəfə İrana səfər edən Azərbaycan vətəndaşı ətrafında süni bir oyun qurulub. Buna görə deyə bilərəm ki, Azərbaycan Xarici İşlər Nazirliyinin İrana göndərdiyi nota yerində verilmiş bir cavabdır. Azərbaycan vətəndaşları da öz növbəsində xüsusilə diqqətli olmalıdırlarİndiki həssas bir məqamda İranın Azərbaycana qarşı çoxvektorlu qarayaxma təbliğatlarının, terror hücumlarının kökü kəsilməmiş  bu səfərləri həyata keçirmək vətəndaşlarımızın təhlükəsizliyi baxımından əsla yolverilməzdirAncaq zəruri hallar istisna olmaqla İrana səfərdən tamamilə yayınmalıdırlar.

Fars rejimi dünyada təkləndikcə, özünüidarəetmə qabiliyyətini itirir. Belə olduğu təqdirdə, düşünülməmiş addımlar atır. Sonda isə deyə bilərəm ki, çox diqqətli ehtiyatlı olmalıyıq  vətəndaşlarımız İran tərəfindən aparılan aqressiv siyasətin nəticələrini yaxşı təhlil etməyi bacarmalıdır. Buna görə İrana səfər etməkdən çəkinməlidirlər".

M.BAĞIRLI,

"Respublika".