Dünyada global istiləşmə xəbərdarlığı
Dünya xəbərləri

Dünyada global istiləşmə xəbərdarlığı

Bütün dünyada həddindən artıq istilər səbəbindən həyəcan təbili çalınıb. Ölkələr əlavə tədbirlər görsə də, beynəlxalq qurumlardan hava istiliyinin daha da artacağına dair xəbərlər gəlməyə davam edir.

"Respublika" xəbər verir ki, Dünya Meteorologiya Təşkilatı qlobal dəniz səthinin temperaturunun may, iyun və iyul aylarında rekord səviyyəyə çatdığını və daha da artacağını açıqlayıb.

Nature Medicine jurnalında dərc edilən araşdırmaya əsasən, keçən il Avropada istilər səbəbindən ölüm nisbətləri artıb. Buna nəzərən, keçən il 30 may - 4 sentyabr tarixləri arasında həddindən artıq istilər olduğuna görə, 61 min 672 ölüm qeydə alınıb.

ABŞ-ın şimal-qərbindən cənub-şərqinə qədər bir çox ştatlarda yaşayan təxminən 37 milyon insana təhlükəli isti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Fransada yayın istisi ilə əlaqədar 7 əyalətdə “narıncı” həyəcan siqnalı verilib. 

Töhfə SƏMƏDOVA,

"Respublika".