Dövlət Komissiyası 2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılmasına dair məsələləri müzakirə edib
Digər xəbərlər

Dövlət Komissiyası 2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılmasına dair məsələləri müzakirə edib

Sentyabrın 10-da Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasının təmin edilməsi üzrə Dövlət Komissiyasının növbəti genişləndirilmiş iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda ötən vaxt ərzində görülmüş işlərin vəziyyətinə dair məruzələr dinlənilib, yerdə qalan işlərə dair müzakirələr aparılıb və qısa müddət ərazində tam başa çatdırılmasına dair müvafiq tapşırıqlar verilib.

AZƏRTAC