DİN: Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
CƏMİYYƏT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

İyulun 12-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

"Respublika" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.