Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə bağlı paylaşım edib
Sosial həyat

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Əminə Ərdoğan ilə birgə fotosunu paylaşan Mehriban xanım Əliyeva qeyd edib: "Əziz bacım Əminə Ərdoğanı Bakıda görməyimə şadam! Azərbaycan Türkiyə daim bir-birinin yanındadır. Bizim birliyimiz, bizim gücümüz məhz bundadır! Uca Tanrı xalqlarımızı qorusun!".

AZƏRTAC