Baş nazir Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb
Elm və təhsil

Baş nazir Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Təhsil sahəsinin Azərbaycan-Türkiyə əlaqələrinin vacib istiqaməti olduğu vurğulanıb, bu sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.