Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74.5-ci və 88.8-ci maddələrinə əsasən qərara alır:

"Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində Mətbuat qrupunun yeni tərkibdə formalaşdırılması barədə" Mərkəzi Seçki Komissiyasının 2008-ci il 4 sentyabr tarixli 17/85 saylı Qərarında aşağıdakı dəyişiklik edilsin:

1. 1-ci hissədə "Lider" sözü "ARB 24" sözü ilə əvəz edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                        Məzahir Pənahov

Katib                            Arifə Muxtarova

Katib                            Mikayıl Rəhimov