Azərbaycan qadınlarının VI Qurultayı ilə əlaqədar tədbir
Sosial həyat

Azərbaycan qadınlarının VI Qurultayı ilə əlaqədar tədbir

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü” çərçivəsində Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar görüş keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin Cəlilabad şəhərinin  mərkəzində ucaldılan abidəsini  ziyarət edib, önünə gül dəstələri düzdülər. Tədbir başlamazdan əvvəl ölkəmizin azadlığı, suverenliyi, ərazi  bütövlüyü, torpaqlarımızın  işğaldan azad edilməsi yolunda şəhidlik zirvəsinə yüksəlmiş Vətən övladlarının əziz  xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun ictimai-siyasi və mədəni həyatında aktiv rol oynayan qadınlar iştirak etdilər.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova çıxış etdi. O, ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrin rifahına yönəlmiş maraqlı layihələrin həyata keçirildiyini bildirdi. X.Xəlilova bununla bağlı  fəal qadınların üzərinə düşən məsuliyyətin artdığını  və  onların qarşısında yeni  vəzifələrin qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Görüş diskussiya formatında keçirilərək valideyn-övlad, məktəb-ailə və bir sıra mövcud məişət problemlərinə, o cümlədən  erkən nikah, məişət  zorakılığı, boşanma kimi problemlərə, gənc  nəsil arasında milli-mənəvi dəyərlərin qorunub saxlanması məsələlərinə də toxunuldu.

Ərəstun ABDULOV,

“Respublika”.