Avropada evsiz insanların sayı hər keçən gün daha da artır – STATİSTİKA
Digər xəbərlər

Avropada evsiz insanların sayı hər keçən gün daha da artır – STATİSTİKA

Avropanın bir çox ölkəsində getdikcə artan yaşam xərclərinin yaratdığı sərfəli mənzil çatışmazlığı səbəbindən küçələrdə yaşamaq məcburiyyətində qalan insanların siyahısına hər gün yeniləri əlavə olunur.

“Respublika” “BBC” nəşrinə istinadən xəbər verir ki, Belçika, İngiltərə, Almaniga və Fransanın Statistika Komitələrinin birgə hazırladığı nəticələrə baxdıqda vəziyyətin kritik həddə çatdığı açıq-aydın hiss olunur.

İngiltərə - Paytaxt Londonda brend mağazaların yerləşdiyi küçələr gecələr evsiz sakinlərə qucaq açır. Statistikaya görə ölkədə ən azı 271 min nəfər evsizdir. Bunların 2500 civarı küçələrdə, qalan şəxslər isə müvəqqəti yaşayış yerlərində qalır.

Fransa – Statistikaya görə Fransada 330 min nəfər küçədə yaşayır, 14,8 milyon nəfərin isə evi yoxdur. Evsizlərin əksəriyyəti Paris, Lil və Strazburq kimi əhəmiyyətli şəhərlərin küçələrində gecələyir.

Almaniya – Yerli hökümət tərəfindən verilən açıqlama əsasında tərtib olunan statistikada bildirilir ki, 372 min nəfər küçələrin daimi qonağıdır. Bunların 172 minini isə ukraynalılar təşkil edir. Müvəqqəti yaşayış yerlərində yaşayanların 31%-i evli və uşaq sahibidir.

Belçika – Rəsmi Brüssel evsizlərin getdikcə artığı şəhərlər sırasında ən öndə yer alır. Keçən il Brüsseldə statistikaya görə 6 mindən çox evsizin olduğu qeyd edilib.

Tacir SADIQOV,

“Respublika”