Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi sona yaxınlaşır
Məlumat

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi sona yaxınlaşır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi sentyabrın 9-u saat 23:59-dək davam edəcək.

"Respublika" xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali məktəbələrin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci, kolleclərin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub.

İxtisas seçmək hüququ olan abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları qeyd olunan tarixədək DİM-in internet portalında müvafiq ünvanda yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.