Rusiyalı sahibkar Alişer Usmanovdan
Məktublar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Prezidenti seçkilərində qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Uca Yaradan Sizə dahi rəhbərə xas olan möhkəm iradə, xalqına sədaqət və uzaqgörənlik nəsib edib.

Bu parlaq qələbə həmrəyliyi və azərbaycanlıların öz milli Liderinə inamını, Sizin rəhbərliyinizlə ölkənin nail olduğu möhtəşəm uğurların onlar tərəfindən yüksək qiymətləndirildiyini əks etdirir.

Bu gün Azərbaycan geniş beynəlxalq əlaqələrə və dinamik iqtisadiyyata malik müasir, inkişaf edən dövlət, Türk dünyasının nüfuzlu liderlərindən biri və regionun hərəkətverici qüvvəsidir.

Siz Prezident vəzifəsində ölkəni bütövləşdirməyə və möhkəmləndirməyə nail oldunuz, xalq isə bu səyləri layiqincə dəyərləndirdi.

Dərin hörmətlə,

Alişer USMANOV,

Rusiyalı sahibkar.