“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 721; 2023, № 2, maddə 252; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 iyun tarixli 2177 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissəyə “dekabrın 31-dək” sözlərindən sonra “, 62–106-cı hissələri 2031-ci ilin yanvarın 1-dək” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 62–106-cı hissələrində nəzərdə tutulan “minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediliən texnoloji əməliyyatların məcmusu başa düşülür.”;

1.3. həmin Fərmanla təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 62–106-cı hissələr əlavə edilsin:

62

4011 10 000 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən yeni pnevmatik rezin şinlər

63

4013 10 000 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən rezin kameralar

64

7007 11 100 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən yerüstü nəqliyyat vasitələrində istifadəyə imkan verən ölçüdə və formatda möhkəmləndirilmiş (bərkidilmiş) təhlükəsiz şüşə

65

7007 21 200 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən yerüstü nəqliyyat vasitələrində istifadəyə imkan verən ölçüdə və formatda çoxqatlı təhlükəsiz şüşə

66

7009 10 000 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən nəqliyyat vasitələrinin arxa görünüş güzgüləri

67

8301 20 000 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən mühərrikli nəqliyyat vasitələrində nəzərdə tutulmuş qıfıllar

68

8302 30 000 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən bərkidici armatur, furnitur və mühərrikli nəqliyyat vasitələrinin digər analoji detalları

69

8407 34 100 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən mühərrik silindrlərinin işçi həcmi 1000 sm3-dən çox olan dövrü və ya irəli-geri hərəkət edən porşenli, qığılcımla alışan daxiliyanma mühərrikləri

70

8413 30 200 2

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən daxiliyanma mühərriklərinin yanacaq nasosları

71

8413 30 800 2

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən daxiliyanma mühərriklərinin yağları və ya soyuducu mayeləri üçün nasoslar

72

8415 20 000 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən mühərrikli nəqliyyat vasitələrində insanlar üçün istifadə olunan havanın kondisiyalaşdırılması qurğuları

73

8421 23 000 2

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən daxili yanma mühərriklərində yağın və ya yanacağın filtrlənməsi üçün qurğular və avadanlıq

74

8481 20 100 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən yağ-hidravlik güc transmissiyalarının tənzimləyici klapanları

75

8507 10 200 2

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən qurğuşunlu, porşenli mühərriklərin işə salınmasında istifadə edilən elektrik akkumulyatorları, onlar üçün düzbucaqlı (o cümlədən kvadrat) və ya digər formada separatorlar daxil olmaqla

76

8511 10 000 2

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən alışdırma şamları

77

8511 30 000 2

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən paylayıcılar, alışdırma makaraları

78

8511 40 000 2

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən starterlər və starter-generatorlar

79

8512 20 000 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən digər işıqlandırma və ya vizual siqnalizasiya cihazları

80

8512 30 100 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən mühərrikli nəqliyyat vasitələrində istifadə olunan mühafizə üçün səsli siqnalizasiya cihazları

81

8512 30 900 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən digər səsli siqnalizasiya cihazları

82

8512 40 000 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən şüşətəmizləyicilər, buzlanma və tərləmə əleyhinə cihazlar

83

8517 71 150 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən portativ aparatlar və ya mühərrikli nəqliyyat vasitələrində quraşdırılan aparatların teleskopik və milşəkilli antenaları

84

8526 92 000 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən uzaqdan idarəetmə radio cihazlar

85

8531 80 950 2

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən digər qurğular

86

8539 21 300 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən volfram telli halogen

87

8539 29 300 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən digər közərmə lampaları

88

8544 30 000 2

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən alışdırma şamlarının naqil komplektləri və digər naqil dəstləri

89

8707 10 100 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən kuzovlar (kabinlər daxil olmaqla)

90

8708 10 100 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən bamperlər və onların hissələri

91

8708 21 100 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən təhlükəsizlik kəmərləri

92

8708 29 100 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən digər kuzov (kabinlər daxil olmaqla) hissələri və ləvazimatları

93

8708 30 100 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən əyləclər, servogücləndiricili əyləclər, onların hissələri

94

8708 40 200 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən ötürücü qutular və onların hissələri

95

8708 50 200 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən transmissiyanın başqa elementləri ilə yığılmış və ya ayrı olan diferensiallı aparıcı körpülər və aparıcı olmayan körpülər, onların hissələri

96

8708 70 100 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən hərəkət təkərləri, onların hissələri və ləvazimatları

97

8708 80 200 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən asma sistemləri və onların hissələri (amortizatorlar daxil olmaqla)

98

8708 91 200 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən radiatorlar və onların hissələri

99

8708 92 200 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən səsboğucular və tullantı boruları, onların hissələri

100

8708 93 100 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən yığılmış şəkildə ilişmələr və onların hissələri

101

8708 94 200 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən sükan çarxları, sükan sütunları və sükan mexanizmlərinin karterləri, onların hissələri

102

8708 95 100 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən üfürülmə sistemli təhlükəsizlik pnevmoyastıqları, onların hissələri

103

8708 99 100 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən nəqliyyat vasitələrinin digər hissələri və ləvazimatları

104

9029 20 310 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən spidometrlər və taxometrlər

105

9401 20 000 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən mühərrikli nəqliyyat vasitələrində istifadə olunan oturacaqlar

106

9603 50 000 1

Minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən nəqliyyat vasitələrinin hissələri olan digər fırçalar

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 17 iyul 2023-cü il.