AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Digər xəbərlər

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Hürriyet": Azərbaycanlı deputat Fazil Mustafaya sui-qəsd

Türkiyənin məşhur "Hürriyet" qəzetində Fazil Mustafanın güllələnməsi ilə bağlı xəbər yer alıb. Xəbərdə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadənin İran XİN-in sözçüsü Nasir Kənaninin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsrailə səfəri ilə bağlı iddialarına cavabı yer alıb. Yazıda, həmçinin Ceyhun Bayramovun israilli həmkarı ilə keçirdiyi mətbuat konfransında İran əleyhinə heç bir açıqlama vermədiyi qeyd olunub. Ayxan Hacızadə İran Xarici İşlər Nazirliyinin bəyanatını anti-Azərbaycan addımı kimi qiymətləndirib. Xəbərdə son vaxtlar İranda Azərbaycana qarşı təhdid təxribatların olduğu da vurğulanıb. XİN sözçüsü İranın Azərbaycan sərhədləri boyunca keçirdiyi hərbi təlimləri, sərhədlər üzərindən hərbi uçuşları, İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları, Xudafərin körpüsü yaxınlığında Azərbaycana qarşı təhdid dolu videoların hazırlanması paylaşılmasını, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı baş vermiş terror aktını da diqqətə çatdırıb.

Məqalədə Ayxan Hacızadənin İran-Ermənistan qardaşlığının bütün region üçün təhlükə yaratması ilə bağlı fikirləri öz əksini tapıb: "İran son 30 ildə Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsinə səssiz qalıb. Qarabağın Şərqi Zəngəzurun işğalı bu torpaqların talan edilməsi, bölgələrdəki evlərdən sökülən daşların İran bazarlarında satılması, 67 məsciddən 65-nin dağıdılması təhqir olunması İranın vecinə deyildi. Mətbuat katibi Kenaninin qeyd olunanlarla bağlı açıqlamasını şiddətlə qınayırıq. Bu bəyanat Azərbaycan-İran münasibətlərində böhran yaratmaq üçün atılan addımdır".

Xatırladaq ki, İran XİN sözçüsü, N.Kənani əsassız olaraq Ceyhun Bayramovun İsrailə səfəri zamanı səsləndirilən fikirlərin İranın milli təhlükəsizliyinə zidd olduğunu iddia etmişdi. Lakin səfər çərçivəsində keçirilən görüşdə İrana qarşı heç bir əsassız fikir səsləndirilməmişdir.

 

"Reuters": Azərbaycan tərəfi iranlı komandirin böhtan xarakterli şərhlərini pislədi

Dünyanın məşhur xəbər agentliklərindən biri olan Reuters deputat Fazil Mustafaya qarşı törədilən terror aktından sonra Azərbaycan tərəfinin İranın yüksəkrütbəli hərbi komandirinin böhtan xarakterli şərhlərini pisləməsi ilə bağlı xəbər yayıb. Verilən məlumatda Azərbaycan Müdafiə Nazirliyi İranın nizami ordusunun quru qoşunlarının rəhbəri Kiumars Heydərinin "İslam Dövləti" qruplaşmasının üzvlərinin Azərbaycan uğrunda vuruşduqları hələ ölkədə yerləşdikləri barədə açıqlamalarını əsassız qəbuledilməz adlandırıb. Azərbaycan ərazisində heç bir xarici qüvvənin olmadığını bildirən Müdafiə Nazirliyi bu şərhlərin şər böhtan xarakteri daşıdığını vurğulayıb.

Şimal-qərbdə çoxsaylı etnik azərbaycanlının yaşadığı Azərbaycan İran arasında münasibətlərin son aylarda gərgin olduğunu bildirən Reuters yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinin Təhlükəsizlik Xidmətinin rəisinin ölümü ilə nəticələnən terrordan sonra deputat Fazil Mustafanın da terror aktına məruz qalmasını Azərbaycan ilə İran arasında gərgin münasibətlərin son həddi adlandırıb.

 

"Anadolu ajansı": 1918-ci ildə erməni quldur dəstələri tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsi anılır

Türkiyənin xəbər agentliyi "Anadolu ajansı" 31 Mart azərbaycanlıların soyqırımının ildönümü ilə bağlı məlumat yayıb. Məlumatda erməni quldur dəstələrinin 105 il əvvəl Azərbaycan ərazisində törətdikləri qırğının ölkə tarixinin ən fəlakətli qətliamlarından biri kimi qiymətləndirildiyi bildirilib. Xəbərdə soyqırımın tarixçəsi yer alıb. Vurğulanıb ki, "Qafqaz İslam Ordusu" adlanan Osmanlı ordusunun Azərbaycana yardıma gələrək ölkəni quldur dəstələrindən təmizləməsi ilə soyqırımı başa çatıb. Həmçinin, məlumatda qeyd edilib ki, 1918-ci ildən ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklər, qırğınlar "soyqırımı" hesab edilir ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla 31 martın "Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunmasına qərar verilib.

 

"Romania - insider": Buxarest Azərbaycan opera teatrları arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Rumıniyanın rəsmi internet saytı "Romania-insider" Buxarest Milli Operasının baş meneceri Daniel Jinqa Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının baş direktoru Akif Məlikovun Bakıda iki milli mədəniyyət qurumu arasında tərəfdaşlıq müqaviləsi imzalaması ilə bağlı məqalə dərc edib.

Sözügedən yazıda həmçinin bildirilir ki, əməkdaşlıq memorandumu yaradıcı tərəfdaşlığı nəzərdə tutur, bunun vasitəsilə iki qurum opera teatrlarının müasirləşdiriləcəyinə sanballı mədəniyyət nümunələrinin yaradılacağına öz inamlarını ifadə ediblər. Hər iki tərəf rejissor, solist, dirijor texniki işçilərin mübadiləsinə, eyni zamanda ümumi maraqlar üçün prodüserlərə açıqdır: "Bu formatda əməkdaşlıq Rumıniya ilə Azərbaycan arasında onsuz da davamlı inkişaf edən münasibətləri yaxşılaşdırır, iki dövlət arasında mədəniyyət sahəsində strateji tərəfdaşlığı genişləndirir. Təbii ki, bu, yeni birgə yüksək səviyyəli tədbirlərin həyata keçirilməsinə təkan verəcək".

 

Sputnik-Gürcüstan: Cənubi Qafqazda sülhün təhlükəsizliyin dərinləşdirilməsi Azərbaycan, Türkiyə Gürcüstanın prioritetidir

Sputnik-Gürcüstan xəbər verir ki, mart ayında Tbilisidə Azərbaycan, Türkiyə Gürcüstan parlamentlərinin deputatlarının görüşü keçirilib. Görüşdə Cənubi Qafqazda sülh sabitlik naminə regional əməkdaşlığın dərinləşdirilməsi, Qara dəniz regionunun yeni geosiyasi vəziyyət baxımından əhəmiyyəti, region üçün yaranan yeni imkanlar digər məsələlər Gürcüstan, Türkiyə Azərbaycan parlamentlərinin beynəlxalq münasibətlər komitələrində əsas müzakirə mövzusuna çevrilib. Türkiyə Azərbaycanın parlament nümayəndə heyətləri Gürcüstan paytaxtına parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Nikoloz Samxaradzenin dəvəti ilə gəliblər.

Agentliyin Gürcüstan parlamentinin saytına istinadən dərc etdiyi məlumatda qeyd olunur ki, N.Samxaradze regionun tranzit funksiyasından danışaraq tranzit dəhlizlərinin əhəmiyyəti - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Orta dəhliz Qara dəniz sualtı kabel layihəsinin əhəmiyyətini vurğulayıb. Bundan başqa, səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin müavini, Azərbaycan Parlamenti ilə dostluq qrupunun rəhbəri Arçil Talakvadze Azərbaycan Milli Məclisinin Xarici İşlər parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşlər baş tutub. Görüşdə tərəflər ikitərəfli münasibətlərin genişləndirilməsi parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək mühüm məsələləri müzakirə ediblər.

"Respublika".