TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Müxtəlif növ mebellərin satın alınması ilə əlaqədar tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 17:00-a kimi) ala bilərlər.

İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN);

AZ47İBAZ38150018409345061205 (USD);

AZ27IBAZ38150019789345061205 (EUR);

AZ64İBAZ38150018109345061205 (RUR).

VÖEN: 9900007721

Bank: "Azərbaycan Beynəlxalq Bankı" ASC "Nəqliyyat" filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 02 sentyabr 2022-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

- son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əməkhaqqı, riskli vergi ödəyicisi olub-olmaması və s. haqqında arayış;

- malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi analoji müqavilələr haqqında məlumat;

- malgöndərənin ("podratçı" və ya "satıcı") hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyestrdən çıxarış və vergi şəhadətnaməsinin surəti;

- malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.

 Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

- tender təklifi (zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin bank təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 08 sentyabr 2022-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə 51, "Azərbaycan Dəmir Yolları" QSC-nin Təchizat departamentinə (Satınalma şöbəsi, 1-ci otaq) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqələndirici şəxs: Ramilə İsayeva, Satınalma şöbəsinin mütəxəssisi.

Telefon nömrəsi: +994 12499-74-50, 499-73-54; e-mail: [email protected]

Tender təklifləri 09 sentyabr 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 230 ünvanında açılacaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların texniki uyğunluğu, müvafiq sahədə təcrübə, maliyyə vəziyyəti, zəmanət müddəti və çatdırılma müddəti.

Tender "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.

 

 

 

TƏKRAR

"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ 2022-ci il üzrə dövlət büdcəsi vəsaiti hesabına Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrini tibbi və digər aparatlar, avadanlıqlar, bərk və yumşaq inventarlar ilə təmin etmək məqsədilə potensial imkanlara (işçi qüvvəsinə, müvafiq işlər üzrə təcrübəyə, aidiyyəti ixtisasa, maliyyə və texniki imkanlara) malik olan hüquqi və fiziki şəxsləri

Açıq tenderə dəvət edir.

Lot 1 - Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin təminatı üçün nəzərdə tutulan tibbi və digər aparatların, avadanlıqların, bərk və yumşaq inventarların satınalınması.

Tender təklifləri "bal" sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Üstünlük veriləcək meyarlar: ən səmərəli qiymət, yüksək keyfiyyət və qrafikə uyğun malların təhvil verilməsi.

Malların təchizat qrafiki müqavilə qüvvəyə mindiyi vaxtdan 31.12.2022-ci il tarixə kimi nəzərdə tutulmuşdur.

Tenderdə iştirak etmək istəyənlər 05 sentyabr 2022-ci il saat 17:00 tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

- İştirak haqqının ödənilməsi barədə bank sənədi;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- İddiaçının hüquqi statusunu təsdiq edən sənədlər; - qeydiyyatdan keçdiyi ölkə, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və digər hüquqi sənədlərin notarial təsdiq olunmuş surətləri, hüquqi ünvanı və bank rekvizitləri;

- İddiaçının potensial (peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi və.s.) imkanlarının olması haqqında məlumat;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərin olub-olmaması barədə arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;

- analoji işlər üzrə bağlanmış müqavilələrin olması;

- Tender komissiyasının zəruri saydığı digər arayış və sənədlər.

Tenderdə iştirak haqqı ödəməsinə baxmayaraq ixtisası tender predmetinə uyğun olmayan iddiaçılar kənarlaşdırılacaqdır. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderdə iştirak haqqı 500 manat müəyyənləşdirilmişdir.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Alan: "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ

AZ 91 CTRE00000000000002128215(002741) Fond 7 maddə 142330

VÖEN 1300242201

Dövlət Xəzinədarlıq Agentliyi

VÖEN: 1401555071

M/h AZ41NABZ 01360100000000003944

Kod 210005

SWIFT Bik CTREAZ 22

İddiaçılar Azərbaycan dilində hazırladıqları tender təkliflərini və təklifin 1 (bir) faizi məbləğində Bank təminatını (təklif zərfləri açıldığı gündən sonra azı 60 bank günü ərzində qüvvədə olmalıdır) bağlı zərfdə 13 sentyabr 2022-ci il tarixdə saat 18:00-a qədər "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ-yə (Ünvan: Bakı şəhəri Hacı-Həsən ŞTQ, Xocahəsən qəs. ev 3 Tel: 346-11-33, faks 346-03-16) təqdim etməlidirlər

 Gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

 Tender təklifi bir ədəd əsli, bir ədəd surəti ikiqat zərfə daxil edilərək imzalanmış, möhürlənmiş şəkildə olmalıdır. Zərfin üzərinə “14 sentyabr 2022-ci il tarixdə saat 15:00-a kimi açılmamalıdır" sözləri yazılmalıdır. Tender təklifləri açıldığı gündən sonra azı 30 bank günü ərzində qüvvədə olmalıdır.

 Tender təklifləri olan zərflər 14 sentyabr 2022-ci il tarixdə saat 15:00-da "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ-də açılacaqdır.

 Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.