TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi "Ehtiyat surətlərin yaradılması və şəbəkənin virtuallaşdırılması üçün istifadə olunan proqram təminatının dəstəyinin uzadılmasıüzrə işlərin satın alınması" üzrə

AÇIQ TENDER ELAN EDİR

Tarix: 31 Mart 2022-ci il.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron (asan) imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını  Asan Ödəniş vasitəsilə göstərilən hesaba köçürdükdən (müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan və "Asan Ödəniş et" düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən) sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. 

İştirak haqqı: 450 manat.

Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab:

AZ41NABZ01360100000000003944

SWIFT BİK: CTREAZ22

Vəsaiti alan

Adı: AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak

Bazarına Nəzarət Dövlət Xidməti

Hesab №: AZ33CTRE00000000000002788471

VÖEN: 1302126941

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142330

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə elektron formada təqdim etməlidirlər, təqdim ediləcək bütün sənədlərin orginalları skan edilməli və pdf formatında yerləşdirilməlidir:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin, Nizamnaməsinin (əsasnaməsinin) notariat qaydasında 2022-ci ildə təsdiq edilmiş surətləri

2.  Rəsmi blankda təsdiq edilmiş rekvizitləri

3. Tenderdə iştirak etmək üçün müraciət ərizəsi

4. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

5. Tender təklifi dəyərinin 1 % - i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış - əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir

7. İddiaçının son maliyyə ilindəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti-2021-ci il üzrə (vergi orqanları tərəfindən təsdiq olunmalıdır, əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir)

8. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı - 01.01.2022-ci il tarixdən sonrakı tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir

9. İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə sənəd- arayış;

10. Aşağıdakı aidiyyəti sənədlər:

- İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;

- iddiaçının ixtisas uyğunluğu barədə sənədlər (fəaliyyət göstərdiyi sahə üzrə beynəlxalq və yerli səviyyədə əldə etdiyi sertifikatlar, fərqlənmə diplomları və s. haqqında məlumatlar);

- iddiaçının son 2 (iki) ildə iştirak etdiyi tender üzrə icra olunmuş məbləğ.

11. Podratçının müəyyən etdiyi digər sənədlər.

 Bütün sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. İddiaçılara Tenderlə bağlı hər bir məlumat Azərbaycan dilində təqdim ediləcəkdir. Aidiyyəti üzrə sənədlər Tender Komissiyasına portal vasitəsilə Azərbaycan dilində təqdim edilməlidir. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 6 may 2022-ci il saat 11:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 17 may 2022-ci il saat 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 may 2022-ci il saat 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

E-şərtlər toplusunu 31 mart 2022-ci il saat 12:00-dan sonra əldə etmək mümkün olacaqdır.


AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ DƏFTƏRXANA VƏ TƏSƏRRÜFAT MALLARININ SATINALINMASI MƏQSƏDİLƏ

AÇIQ TENDERƏ (E-TENDER) DƏVƏT EDİR

Tender 1 (bir) Lot üzrə keçirilir.

LOT-1. Ali Məhkəməyə Dəftərxana və təsərrüfat mallarının satınalınması.

Xidmətlərin təchiz olunma müddəti - 2022-ci il 20 dekabradək.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına və texniki göstəricilərə malik olmalıdırlar.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri: LOT-1. 250 manat.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender təklifi (zərfin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (Forma 2) (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə vergi orqanı tərəfindən verilmiş arayış;

- Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması baradə sənəd;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin surəti, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə təqdiredici sənəd;

- İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış;

- Digər sənədlər: iddiaçının ixtisasına dair məlumatlar.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır. Məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür. Satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır. Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.

Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 29.04.2022-ci il saat 10:00-a qədər, tender təklifi və bank zəmanətini isə 12.05.2022-ci il saat 18:00-a qədər Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər.

Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq.

Zərflərin açılış tarixi və vaxtı: 13.05.2022-ci il tarixdə saat 10:00-da.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.