Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya
Məktublar

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, konstruktiv çoxplanlı əlaqələrin gələcək inkişafı da Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tam cavab verəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti