Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən
Məktublar

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Zati-alinizə firavanlıq və xoşbəxtlik, qardaş ölkənizə isə davamlı sülh və sabitlik arzulayıram.

Dərin hörmətlə,

Şeyx Abdullah bin Həməd Al TANİ,

Qətər Dövləti Əmirinin müavini.