Milli  Qurtuluş  günü  qeyd  edildi
Region

Milli  Qurtuluş  günü  qeyd  edildi

Cəlilabad şəhərində Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş  Günü  münasibəti  ilə ümumrayon  tədbiri  keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül dəstələri düzdülər.  Sonra Dövlət Himni  səsləndirildi.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirdi ki, 15 İyun - Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin taleyində dönüş anı, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan gündür. Bu tarix məhz Azərbaycan xalqının xilaskar oğlu, bütün mənalı ömrünü öz xalqına həsr edən görkəmli siyasətçi, müasir və müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ən mürəkkəb zamanlarda və taleyüklü məqamlarda daima xalqını və öz dövlətini düşünərək bütün sınaqlardan uğurla çıxarıb və Azərbaycanın tərəqqisini, müstəqilliyini təmin edib. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin itirilməsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidi ilə iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, bütün məsuliyyəti öz üzərinə götürərərək xalqın müqəddəs qurtuluş missiyasını böyük məharətlə yerinə yetirdi.

Bu gün hər bir azərbaycanlı Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına ləyaqətlə xidmət göstərmiş əbədiyaşar lideri Ulu Öndər Heydər Əliyevi böyük rəğbət və ehtiramla yad edir.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin şərəfli  və mənalı  ömür yolundan bəhs edən sənədli film nümayiş olundu və rayon mədəniyyət mərkəzinin solistlərinin ifasında konsert proqramı ilə davam etdirildi.

Ərəstun ABDULOV,

“Respublika”.