1991-ci ilin dekabr ayında imzalanmış Alma-Ata bəyannaməsi BMT-nin nizamnaməsi olmaqla yanaşı, Azərbaycan üçün də çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, həmin sənədə əsasən, Ermənistan ölkəmizin ərazi bütövlüyünü de-fakto tanısa da, İkinci Qarabağ müharibəsində üçtərəfli Bəyanatı imzalayarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.
Bütün bunlar kifayət deyilmiş kimi, üzdəniraq düşmən imzalanacaq sülh müqaviləsində Qarabağdakı ermənilərlə bağlı hüquq və təhlükəsizliyə dair məsələlərin də qeyd olunmasını tələb edir. Bəs, biz Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın öz tarixi dədə-baba yurdlarına qayıtmalı olduğunu bildirəndə nə üçün Ermənistan bunu ərazi iddiası kimi qələmə verir? Məgər Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqlarının müzakirəsi də iddia deyilmi? Hadisələrin inkişafına nəzər yetirsək, hazırda Ermənistanın Rusiya və Qərb ölkələri arasında ilişib qaldığının şahidi olarıq. Bütün bunlar bir daha Ermənistanın müstəqil ölkə olmadığını və qərarlarını məhz havadarlarının diktəsi ilə verdiyini göstərir. Dövlətimizin başçısının martın 18-də Tərtərin Talış kəndində söylədiyi nitq bunu ehtiva edir: "Bu gün "Qarabağ Ermənistandır və nöqtə" deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir xeyri olmayacaq". Prezident həmçinin Azərbaycana qarşı heç kimin çirkin siyasət yürütmək iqtidarında olmadığını da bildirdi. Çünki ölkəmizin istər regionda, istərsə də beynəlxalq arenadakı mövqeyi hər kəsə məlumdur. Niyyəti ara qarışdırmaq olan ölkələrdən fərqli olaraq Azərbaycan daim sülh tərəfdarı olmuşdur. Demək yerinə düşər ki, artıq ABŞ belə regionda kimin sülh prosesinə qarşı maneələr törətdiyini, kimin isə prosesi dəstəklədiyini yaxşı bilir. Xain ermənilər hər zaman olduğu kimi, öz günahlarını yenə də başqasının boynuna yıxmaq istəyirlər. Şübhəsiz, Ermənistanın vaxtı daralır və dövlət seçimini etməlidir.
Prezident İlham Əliyevin Talış kəndində Azərbaycan xalqına müraciəti, həmçinin düşmənə bir sıra ciddi mesajlar da verdi. Ölkə başçısı çıxışında bir daha Ermənistanın üzərinə düşən öhdəliklərdən boyun qaçırdığını və erməni havadarlarının münasibətləri daha da gərginləşdirdiyini vurğulaması mövcud vəziyyəti göz önünə gətirir. Prezident Ermənistana öz şərtini bir daha ictimaiyyətin diqqətinə çatdırdı: "Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var - bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq".
Bəli, Ermənistan ərazi bütövlüyümüzü tanımalıdır. Əks halda, Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra hələ də ağıllanmadığını deyə bilərik.
N.BEYDİYEVA,
"Respublika".