Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina partlayışı ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina partlayışı ilə bağlı cinayət işi başlanıb

Mayın 1- Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964- il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günədək Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.