Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən elan edilmiş ümumşəhər dezinfeksiya həftəsi çərçivəsində avqustun 14-də gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.
BŞİH-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dezinfeksiya işləri Bakı şəhəri sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.
“Vətəndaşlardan bir daha xahiş olunur ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq üçün karantin qaydalarına ciddi riayət etsinlər”, - deyə məlumatda qeyd olunub.
AZƏRTAC