Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdindən
Məktublar

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin, ruhanilərimizin adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin ünvanınıza gələn təbriklərə dərin ehtiramla qoşuluruq, Sizə salamlarımızı və Rusiya müsəlmanlarının Azərbaycan Respublikasına sülh, uğurlar və tərəqqi dualarını çatdırırıq.

Sizin qələbəniz ölkə qarşısında şəksiz xidmətlərinizin təsdiqidir. Bu, müdrik siyasəti Azərbaycana müasir tarixə qalib dövlət kimi daxil olmağa imkan verən Liderin qeyd-şərtsiz nüfuzunun rəmzidir.

Bu, həmçinin Sizin rəhbərliyinizlə Azərbaycan xalqının gələcəyə olan inamıdır.

Çoxmillətli və çoxkonfessiyalı qardaş Azərbaycan xalqının sevincinə qoşuluruq, tarixi torpaqların azad edilməsi, qüdrətli vahid dövlətin yaradılması və iqtisadiyyatın, beynəlxalq siyasi nüfuzun hərtərəfli möhkəmləndirilməsi üzrə böyük nailiyyətləri qeyd edirik.

Sizin rəhbərliyinizlə Azərbaycan xalqının həmrəyliyinin möhkəmləndirilməsi, öz ölkəsinin şöhrəti naminə bütün sınaqları və çətinlikləri dəf etməyə hazır olan müasir cəmiyyətin misilsiz birlik və vətənpərvərliyi bizdə xüsusi sevinc hissi doğurur.

Uca Yaradandan xeyirxah işlərinizdə səmimi-qəlbdən uğurlar, Azərbaycan Respublikasının rifahı naminə Sizə İlahidən güc və yeni müdrik siyasi qərarlar diləyirəm.

Hörmətli İlham Heydər oğlu, Uca Allaha dua edərək Sizə və bütün Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm. Amin!

Xeyir-dualarımla və ən xoş arzularımla,

Müfti şeyx Ravil QAYNUTDİN,

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri,

Rusiya Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü.