“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan
Məktublar

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Doğum gününüz münasibətilə Sizi “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti adından təbrik edirəm. Alicənablıq, insanpərvərlik, mərdlik kimi ali insani dəyərləri özündə birləşdirən şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Sizin uzaqgörənliyiniz və humanizminiz, milli və bəşəri dəyərlərə söykənən müdrikliyiniz, yüksək təşkilatçılıq və idarəetmə bacarığınız dünya liderləri üçün örnəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Vətən və xalq naminə gördüyünüz işlərdə yeni-yeni nailiyyətlər diləyirəm.

Hörmətlə,

Rəşid MƏMMƏDOV,

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri.