Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 115 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 115 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 115 yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 695 nəfər müalicə olunaraq sağalıb, 9 min 989 nəfər vəfat edib. Aktiv xəstə sayı 466 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 834, indiyə qədər isə ümumilikdə 7 milyon 401 min 826 test icra olunub.                            

 

Dekabrın 15-də Azərbaycanda COVID-19 əleyhinə 276 doza vaksin vurulub

Dekabrın 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 276 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 97, ikinci doza vaksinlərin sayı 33, üç və daha çox doza vaksinlərin sayı 119, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 27-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 926 min 818, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 257, ikinci mərhələ üzrə 4 milyon 874 min 854, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 408, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 299-dur.