TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal

Təsərrüfatı İstehsalat Birliyi

“Küçə işıqları” Təsərrüfat Hesablı Xidmət Sahəsinin 2021-ci il üçün “Elektrik mal-materialların” satınalınması məqsədilə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 30 dekabr 2021-ci il tarixinə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz. Əlaqələndirici şəxs: Eyvaz Eyvazov

Ünvan: Sumqayıt şəhəri, 20-ci məhəllə, Kamran Hüseynov küçəsi 47

E-mail: [email protected]

Tel.: İş: 018 655-24-73, Mobil: 070 344-12-97

Tender 1 (bir) lot üzrə keçiriləcək.

Lot-1. Elektrik mal-materialların satın alınması.

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 500 (beş yüz) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri

Muğanbank ASC-nin Sumqayıt filialı

Kod: 507343

VÖEN: 1400122681

M/hesabı: AZ41NABZ01350100000000018944

Hesablaşma hesabı:

AZ13MUGA380200000107966AZM08

VÖEN: 2900078351

SWİFT BİK. MUGAAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

1.İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi

2.Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)

3.Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır)

4.Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir: Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları;

lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;

-Sosial Müdafiə Fondu tərəfindən fonda borcu olub-olmaması barədə arayış; iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 06.07.2021-ci il saat 11:00 tarixə kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 14.07.2021-ci il saat 18.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 15.07.2021-ci il tarixində saat 11:00-da elektron portal vasitəsilə açılacaqdır.

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu 2021-ci il üçün tikili və avadanlıqların

cari təmir xərcləri xərc maddəsi üzrə radiator

aksesuarlarının satınalınması üçün

kotirovka sorğusu elan edir

Kotirovkalar sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər  11 iyun 2021-ci il (saat 15:00) tarixinədək qəbul olunur.

Ünvan:  Bakı şəhəri, Müzəffər Həsənov küç. 35.

Əlaqələndirici şəxs: Rüfət Babayev

Telefon: (+99412) 431-01-04;

E-mail: [email protected]