İsrail mediasında ABŞ hökumətinin Azərbaycana diplomatik dəstək göstərməsinin vacib olmasına diqqət cəlb edilib
Digər xəbərlər

İsrail mediasında ABŞ hökumətinin Azərbaycana diplomatik dəstək göstərməsinin vacib olmasına diqqət cəlb edilib

15 may İsrail mediasında ABŞ hökumətinin Azərbaycana diplomatik dəstək göstərməsinin vacib olmasına diqqət cəlb edilib. İsrailin jns.org xəbər portalında “Azərbaycanla Qərbin bir-birinə ehtiyacı var” sərlövhəli məqalə yayımlanıb.

Saytın baş icraçı direktoru Dov Yardenin jurnalist həmkarı Nurit Qringerlə birgə qələmə aldığı məqalədə Azərbaycana səfərlə bağlı təəssüratlardan bəhs edilib.

Dov Yarden bildirib ki, Azərbaycan Respublikasına tanışlıq səfəri zamanı eklektik, lakin homogen bir ölkə kəşf edib. “ABŞ-Azərbaycan Mədəniyyət Fondunun prezidenti Nurit Qringerin dəvəti ilə bu Cənubi Qafqaz ölkəsinə bir həftəlik tanışlıq səfəri üçün bir qrup tanınmış jurnalistə qoşuldum. Mənim marağım qarşısıalınmaz bir təcrübəyə çevrildi. Azərbaycan ölkəyə səfər etmək imkanı olan hər kəsə unikal təcrübə təqdim edir. Ona görə də Azərbaycanla Qərbin bir-birinə ehtiyacı var”, - deyə Dov Yarden vurğulayıb.

Dov Yarden səfər zamanı yüksək qonaqpərvərlik göstərən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib. Onu da qeyd edib ki, haqqında çox az şey bildiyim bir ölkəni tanımaq mənim üçün xoş oldu. Azərbaycanın təklif edəcəyi və dünya ilə paylaşacağı, eləcə də Qərbdən öyrənəcəyi çox şey var.

“Respublika”.