Çinin cənubundakı Quançjou şəhərində baş verən tornado nəticəsində 5 nəfər ölüb, 33 nəfər yaralanıb.
"Respublika" Sinxua agentliyinə istinadla xəbər verir ki, günorta saatlarında Quançjounun Baiyun rayonunda tornado baş verib.
Baiyunda 141 fabrik zərər görərkən, bölgəyə çoxlu yanğınsöndürən və axtarış-xilasetmə qrupları göndərilib.
Çin Meteorologiya İdarəsi, şiddətli fırtınanın təsirini davam etdirəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.