Azərbaycan dünyanın enerji xəritəsində əhəmiyyətli mövqeyə malikdir
Digər xəbərlər

Azərbaycan dünyanın enerji xəritəsində əhəmiyyətli mövqeyə malikdir

Dünyada enerji ixracatçısı kimi tanınan ölkəmiz bu sahədə Avropanın əsas tərəfdaşlarından biridir. Avropa İttifaqını neft qaz ilə təmin edən Azərbaycanın gələcək illərdə qitəni yaşıl enerji ilə təmin etməsi planlaşdırılır. İqtisadçı ekspert Xalid Kərimli Azərbaycanın bu sahədəki uğurlarından danışarkən bildirib ki, ölkəmizin təkcə enerji ixracatçısı kimi deyil, həm tranzit ölkə kimi çox mühüm öhdəlikləri var.

"Azərbaycanın həm neft, həm qaz ixracında Avropanın enerji təhlükəsizliyində rolu böyükdür. Biz artıq 2000-ci illərdən başlayaraq Avropaya neft, 2020-ci ildən sonra isə qaz ixrac edirikQaz ixracı Avropanın enerji təhlükəsizliyi məsələsində xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan artıq 5 ildən sonra Avropaya yaşıl enerji ixrac etmək haqqında da düşünür. Bunun üçün Ərəbistan, BƏƏ Böyük Britaniyanın şirkətləri ilə müqavilələr bağlanıb. Həmin şirkətlərlə yaşıl enerjinin alternativ mənbələr əsasında ölkə ərazisində istehsalı ilə bağlı razılaşmalar əldə edilib. Razılaşmalara əsasən, ilin sonuna qədər 700 meqavata qədər elektrik enerjisi istehsal ediləcəkYaxın illərdə  Gürcüstan üzərindən keçməklə Qara dənizin dibilə Rumıniya  Macarıstana 3-4 qiqavat elektrik enerjisinin ixracı planlaşdırılır. Bu da imkan verəcək kiAzərbaycan Avropaya təkcə neft qaz deyil, həm elektrik enerjisi ixrac etsin. Bu istiqamətdə Azərbaycan həm istehsalçı, həm ixracatçı  ölkə rolunu oynamaqla  paralel olaraq etibarlı partnyor kimi tanınır", - deyə Xalid Kərimli qeyd edib.

Ekspert vurğulayıb ki, Azərbaycan təkcə enerji istehsalçısı ixracatçısı olan ölkə kimi qalmaq istəmir: "Qlobal layihələrimiz olan Cənub Qaz Dəhlizi Bakı-Tbilisi-Ceyhan kəmərinin ərsəyə gəlməsinə milyardlarla dollar investisiya qoymuşuq. Qarşıda duran məqsədlərdən biri Mərkəzi Asiyanın zəngin resurslarını bu layihələr vasitəsilə Avropaya ixrac etməkdir. Yəni Azərbaycan enerji tranziti ölkəsi kimi formalaşmağa başlayır. Bu istiqamətdə Qazaxıstanla keçən il bağlanmış müqaviləyə əsasən 1,5 milyon ton neftin ixracı həyata keçirilir. bunun həcmi artırılacaq. Gələcəkdə Cənub Qaz Dəhlizi vasitəsilə  Türkmənistan Qazaxıstan qazının Avropaya ixracı imkan verəcək ki, Azərbaycan təkcə enerji istehsalçısı ixracatçısı deyil, tranzit ölkə kimi əhəmiyyətini artırsın. Bu baxımdan, Azərbaycan alternativ qaz dəhlizi ideyasına müsbət yanaşır. Ona görə Nabukkonun  inşa edilməsinin tərəfdarıdır. Həm Qara dəniz üzərindən maye qazın Avropaya ixracı istiqamətində layihələri dəstəkləyir. Bunları nəzərə alıb demək olar ki, Azərbaycan dünyanın enerji xəritəsində çox əhəmiyyətli mövqeyə malikdir. Avropa üçün etibarlı tərəfdaşdır".

Musa BAĞIRLI,

"Respublika".