İqtisadiyyat

"Bitcoin" İsrail-İran münaqişəsindən sonra geriləmə yaşayır

"Bitcoin" kriptovalyutası baş verən hücumlardan sonra 60 min ABŞ dollarından aşağıda qərarlaşıb.

"Respublika" xəbər verir ki, bu barədə "Coinmarketcap" analitik şirkəti məlumat verib.

Ən böyük kriptovalyuta olan "Bitcoin"in qiyməti Asiya sessiyasında 5,6 faizdən çox azalaraq 59,961 min ABŞ dollarına qədər düşüb.

Xatırladaq ki, mart ayında 73,750 min ABŞ dolları səviyyəsinə qədər yüksələn kriptovalyuta bu aydan sonra təxminən 40 gündə 15 faiz həcmində geriləmə yaşayıb.