8 avqust

Azərbaycanda olan hadisələr

1910 – Cənubi Azərbaycanda milli azadlıq hərəkatının görkəmli nümayəndələri Səttarxan və Bağırxanı həbs ediblər.


Dünyada olan hadisələr

1570 – Sen-Jermenski müqaviləsi ilə Fransada üçüncü dini müharibə sona çatmışdır.

1588 – İngilislər fırtınadan dağılmış olan İspan Məğlubedilməz Armadasının qalıqlarını məğlub etdilər.

1628 – Hollandlar Kuba sahillərində 80 ton gümüş aparan ispan gəmilərini ələ keçirmiişlər.

1648 – Osmanlı sulatın I İbrahim edam edilmişdir.

1729 – Şimali Amerikada Baltimorun yaradılması rəsmi olaraq elan edilmişdir.

1786 – Jan Balma və Mişel Pakkard ilk dəfə olaraq Alp Monbland yüksəkliyini fəth etmişlər.

1815 – Napaleon Müqəddəs Elena adasına sürgünə göndərilmişdir.

1832 – Bavariya kralının oğlu şahzadə Otto Yunanıstanın kralı elan edilmişdir.

1899 – Minesotadan olan amerikalı ixtiraçı Albert Marşall soyuducunu patentləşdirmişdir.

1911 – Liverpulda fəhlələrin mitinqində ordu mitinq iştirakçəlarını güllələmişdir.

1914 – I Dünya müharibəsi: ingilis-fransız ordusu Toqolendi işğal etmişdir.

1915 – I Dünya müharibəsi: alman ordusu Praqanı zəbt etmişdir.

1915 – I Dünya müharibəsi: Dardanel boğazında türk linkoru “Barbarossa” ingilis sualtı gəmisi tərəfindən batırılmışdır.

1915 – I Dünya müharibəsi: Rus çarı II Nikolay Danimarkanın Almaniya ilə sülh danışıqlarına vasitəçi olmaq təklifini rədd etmişdir.

1918 – I Dünya müharibəsi: ingilis-fransız ordusunun Amen (“Almaniyanın Qara Günü”) əməliyyatı başlamışdır.

1919 – Üçüncü ingilis-əfqan müharibəsi başa çatmışdır.

1919 – Polşa ordusu Minsk və Rovno şəhərlərini ələ keçirmişlər.

1919 – Tümendə sovet hakimiyyəti qurulmuşdur.

1925 – Torontada ilk işıqfor quraşdırılmışdır.

1927 – Fransada it taununa qarşı vaksinin hazırlandığı elan edilmişdir.

1932 – Qadınların şaxtalarda işləməsinə icazə verilmişdir.

1937 – Yaponiya Pekini işğal etmişdir.

1941 – İ.V.Stalin sovet qoşunlarının ali baş komandanı təyin edilmişdir.

1941 – 5 ədəd “İl-4” təyyarəsi Berilinin ilk dəfə bombardman etmişdir.

1943 – Mussolini Sardiniyanın Maddalena adasında həbsxanaya göndərilmişdir.

1943 – Sover Ordusunda KB-85 ağır tankı silahlanmaya daxil olmuşdur.

1944 – Berlində feldmarşal fon Vitsleben başda olmaqla 8 alman zabiti Hitlerə sui-qəsd təşkil etməkdə ittiham edilərək edam edilmişdir.

1946 – Tarixdə ilk dəfə olaraq 2 amerika bombardmançı təyyarəsi pilotsuz, tam şəkildə radio ilə idarə edilərək Havay adalarından Kaliforniyaya uçuş həyata keçirmişdir.

1949 – Strasburqda Avropa Şurasının ilk sesiyası keçirilmişdir.

1956 – Marselinada (Belçika) 263 nəfərin həyatını itirməsi ilə nəticələnən yanğın baş vermişdir.

1960 – Laosda hərbi çevriliş baş vermişdir.

1963 – 15 nəfərdən ibarət dəstə Qlazqo-London poçt qatarını qarət etmiş, 2,6 milyon funt-sterlinq oğurlamışdır.

1966 – Çində mədəni inqilabın başlandığı elan edilmişdir.

1969 – SSRİ futbol tarixində ilk və son dəfə SSRİ kubokunu I liqanın komandası qazanmışdır (Lvovun “Karpat” komandası).

1982 – Xüsusi polis dəstəsi Parisin 17-ci rayonunun telefon qovşağının yaxınlığında partlayıcı qurğu tapmış və zərərsizləşdirmişdir. Erməni terror təşkilatı olan "Orli təşkilatı" partlayıcı qurğunun onlar tərəfindən yerləşdirildiyini bildirmişdir.

1982 – Bolqarıstanın Burqas şəhərində  Türkiyə konsulluğunun inzibati məsələlər üzrə attaşesi Bora Suelkan evinin qarşısında erməni terrorçusu tərəfindən qətlə yetirilmişdir. Qatil hadisə yerindən qaçmağa müvəffəq olmuşdur. ASALA qətlə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

1983 – Qvatemalada hərbi çevriliş baş vermişdir.

1990 – İraq Küveytin ilhaqını elan etmişdir.

1991 – İranın keçmiş baş naziri Ş.Bəxtiyar Parisdə öldürülmüşdür.

2000 – Böyük Britaniya, ABŞ və İtaliya alimləri insanın klonlaşdırılması təcrübələrinin başladıqlarını rəsmən bəyan etmişlər.

2008 – Cənubi Osetiyada aktiv hərbi əməliyyatlar başlamışdır.


Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Pişiklər Günü
  • Beynəlxalq Alpinizm Günü
  • Beynəlxalq Oftalmologiya Günü
  • Butanın Müstəqillik Günü
  • İsveçin Bayraq Günü

Doğumlar

1079 – İmperator Horikawa, 1087-1107-cü illərdə 73-cü Yaponiya İmperatoru (ö. 1107).

1499 – Mirzə Heydər Duqlat – tarixçi

1602 – Gilles Roberval, fransız riyaziyyatçı, astronom və fizik (ö. 1675).

1694 – Francis Hutcheson, ingilis filosofu (ö. 1747).

1790 – Ferenc Kölchei, macar romantik şairi, Macarıstan himninin müəllifi (ö. 1838).

1799 – Nataniel Palmer, amerikalı dənizçi, Antarktidanı kəşf edənlərdən biri (ö. 1877).

1824 – Maria Alexandrovna, Rus imperatriçası, İmperator II Aleksandrın həyat yoldaşı və İmperator III Aleksandrın anası (ö. 1880).

1831 – Böyük Knyaz Nikolay Nikolayeviç, Rusiya İmperatoru I Nikolayın 3-cü oğlu, general-feldmarşal (ö. 1891).

1861 – William Batson, İngilis bioloq, genetikanın qurucularından biri (ö. 1926).

1877 – Alexander Khanzhonkov, ilk rus film prodüseri (ö. 1945).

1879 – Emiliano Zapata, 1910-cu il Meksika İnqilabının lideri (1919-cu ildə öldürülüb).

1882 – Vladislav Stareviç, rus və fransız rejissoru, kukla animasiyasının yaradıcısı (ö. 1965).

1901 – Ernest Orlando Lawrence, amerikalı fizik, Nobel mükafatı laureatı (1939) (ö. 1958).

1902 – Paul Adrien Maurice Dirac, ingilis fizik, Nobel mükafatı laureatı (1933) (ö. 1984).

1919 – Dino de Laurentis – italiyan prodüseri

1924 – Nikolay Soloqubov, sovet xokkeyçisi, Olimpiya çempionu (1956), iki qat dünya çempionu, 5 qat Avropa çempionu (ö. 1988).

1928 – Nina Menşikova – rus aktrisası

1931 – Roger Penrose, ingilis fizik və riyaziyyatçı, bükülmə nəzəriyyəsinin müəllifi.

1937 – Dustin Hoffman, amerikalı kino aktyoru, iki Oskar mükafatçısı.

1948 – Rasim Balayev – Azərbaycan aktyoru, xalq artisti

1948 – Akif İslamzadə – Azərbaycan müğənnisi

1948 – Mixail Donskoy, rus proqramçı, Kaissa şahmat proqramının müəlliflərindən biri (ö. 2009).

1948 – Svetlana Savitskaya, sovet kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan yeganə qadın.

1949 – Antonia Santilli – İtaliya aktrisas