7 oktyabr

Azərbaycanda olan hadisələr

1992 – Azərbaycan Milli Şurası respublikanın MDB-yə daxil olmasının əleyhinə səs verib.

1994 – Azərbaycan Respublikası Küveyt ilə diplomatik əlaqələr qurub.


Dünyada olan hadisələr

E.ə.3761 – Yəhudi inancına görə dünyanın yarandığı gün.

1337 – İngiltərə kralı III Edvardın Fransa taxtına iddiası ilə 116 il davam edəcək Yüzillik Müharibə başlayıb.

1571 – Osmanlı İmperiyası ilə mübarizə aparmaq üçün xristian dövlətlərin yaratdığı Müqəddəs Liqa donanması ilə Osmanlı İmperiyası donanması arasında tarixin ən böyük dəniz döyüşlərindən biri olan Lepanto döyüşü baş verib. Xristian donanmasının qələbəsi çalması ilə Osmanlı İmperiyası Aralıq dənizində hakimiyyətini itirib.

1604 – Sibirdə Tomsk həbsxanasının inşası başa çatıb. Bu gün Tomskun qurulmasının rəsmi tarixidir.

1604 – Moskva oxçularının dəstəyi ilə Gürcü çarı Yurinin qoşunları Zaqem yaxınlığında Osmanlı ordusunu məğlub edib.

1737 – Hündürlüyü 13 metri aşan dalğalar Hindistanda 100000 insanın həyatına son qoyub.

1780 – Kings-Mountain Döyüşü baş verib (Amerika Birləşmiş Ştatları Qurtuluş Savaşı).

1806 – Karbon kağızı kəşf edilib.

1868 – ABŞ-da Kornell Universiteti açılıb.

1905 – Ümumrusiya siyasi tətili başlayıb.

1920 – İlk yüz qadın Oxford Universitetinə qəbul edilib.

1926 – İtaliyada faşist partiyası özünü rəhbər partiya elan edib, digər partiyaların fəaliyyəti qadağan edilib.

1933 – "Air France" şirkəti təsis olunub.

1940 – Almaniya və İtaliya əsgərləri Rumıniyanı işğal ediblər.

1944 – Dumbarton-Oksda (ABŞ) başa çatan konfransda ABŞ, Böyük Britaniya, SSRİ və Çin Millətlər Birliyini Birləşmiş Millətlər Təşkilatı ilə əvəz etmək qərarına gəliblər.

1949 – Almaniya Demokratik Respublikasının yaradılıb.

1950 – Çin Xalq Qurtuluş Ordusu Tibetə girib.

1954 – Türkiyə Kommunist Partiyası məhkəməsi başa çatıb. 131 şübhəli 1 ildən 10 ilə qədər həbs cəzasına məhkum edilib.

1958 – Suriya və Misir Birləşmiş Ərəb Respublikası vahid hökumətini quraraq öz hökumətlərini ləğv ediblər.

1960 – Nigeriya Birləşmiş Millətlər Təşkilatının üzvü olub.

1962 – Türkiyədə Diyarbakırın Suriçi bölgəsi "muzey zonası" elan edilib.

1963 – Haiti və Dominikan Respublikasında Flora qasırğası nəticəsində 7190 insan ölüb.

1963 – ABŞ Prezidenti Con Kennedi nüvə sınaqlarının qadağan edilməsinə dair SSRİ, ABŞ, Böyük Britaniya arasındakı üçtərəfli sazişi imzalayıb.

1966 – Bütün Çinli tələbələr SSRİ-dən qovulub.

1966 – 100 mindən çox insan arasında aparılan sorğudan sonra ilk türk avtomobili "Anadol" adlandırılıb.

1970 – Riçard Nikson, Vyetnam Müharibəsinə son verəcək beş maddəlik sülh şərtlərini açıqlayıb.

1971 – Fransada qanuni və nigahdankənar doğulan uşaqlar barədə diskriminasiyanı ləğv edən qanun qəbul edilib.

1971 – Oman Birləşmiş Millətlər Təşkilatının üzvü olub.

1977 – SSRİ-də yeni konstitusiya qəbul edilib.

1977 – SSRİ Brejnev konstitusiyasını qəbul edib.

1987 – Türkiyə Kommunist Partiyası (TKP) və Türkiyə İşçi Partiyası (TİP) birləşərək Türkiyə Birləşmiş Kommunist Partiyası (TBKP) oldu.

1988 – Türkiyənin Ərzurum ilindəki qazıntılar nəticəsində ermənilərin türk əhalisinə qarşı 1918-ci ildə törətdiyi Yaşılyayla soyqırımı aşkarlanıb.

1988 – Latviya bayrağı 1940-cı ildən bəri ilk dəfə Riqada qaldırılıb.

1999 – İngilis alimləri Günəş sistemində onuncu, ən uzaq və ən böyük planetin mümkün olduğunu açıqlayıblar.

2001 – ABŞ Əfqanıstanda hərbi əməliyyatlara başlayıb.

2002 – İsrail silahlı qüvvələrinin Qəzzədə Xan Yunusa qarşı hücumunda 14 fələstinli öldürülüb, 110 nəfər yaralanıb.

2003 – Kinoaktyor Arnold Şvartsenegger Kaliforniya ştatının qubernatoru seçilib.


Bayramlar və xüsusi günlər

  • SSRİ-nin Konstitusiya Günü (1977-1991).

Doğumlar

1012 – Qətran Təbrizi, Azərbaycan saray ədəbiyyatının farsca yazan ilk görkəmli nümayəndəsi, müdrik filosof, alim, fars leksikoqrafiyası tarixində fars dilinin ilk izahlı lüğətinin yaradıcı (ö. 1088).

1880 – Paul Xausser, alman hərbi lideri, Reyxsver general-leytenantı (1932), SS Oberstruppenfüreri və SS qoşunlarının general-polkovniki (1944). SS qoşunlarının qurucularından və liderlərindən biri (ö. 1972).

1885 – Nils Bor, danimarkalı fizik, Nobel mükafatı laureatı (1922) (ö. 1962).

1900 – Henrix Qimmler, Üçüncü Reyxin əsas siyasi və hərbi liderlərindən biri (1945-ci ildə intihar edib).

1950 – Viktor Matrosov, rus riyaziyyatçısı, Rusiya Elmlər Akademiyasının akademiki (ö. 2015).

1952 – Vladimir Putin, Rusiya Federasiyasının prezidenti (2000-2008 və 2012-ci ildən).

1952 – Lyudmila Turishcheva, sovet gimnastı, 4 qat Olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu.

1967 – Toni Brekston, Amerikalı müğənni-bəstəkar, aktrisa.

1979 – Simona Amanar, rumıniyalı gimnast, 3 qat Olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu.