6 avqust

Azərbaycanda olan hadisələr

1723 – Rus ordusunun Fars yürüyüşü zamanı rus donanmasının desantı Bakı şəhərini işğal etmişdir.


Dünyada olan hadisələr

939 – İspaniyalılar Salamanka Döyüşündə Moorları məğlub etmişdir.

988 – Rusiyada Xristianlıq rəsmi din kimi qəbul edilmişdir.

1181 – Çin və Yapon astronomları supernova partlayışını müşahidə etmişlər.

1378 – Knyaz Dmitriy İvanoviç Ryazan vilayətində Voja çayı döyüşündə Mamay xanı məğlub etmişdir.

1496 – Bartolomey Kolumb Dominikan Respublikasının paytaxtı Santo-Dominqo şəhərinin əsasını qoymuşdur.

1506 – Knyaz Mixail Glinskinin rəhbərliyi altında Litva Böyük Hersoqluğunun ordusu Kletsk döyüşündə Krım tatarlarını məğlub etmişdir.

1517 – Praqada Fransisk Skorina ilk Belorus kitabı “Psaltır”ı kiril əlifbası ilə çap etmişdir.

1726 – Müqəddəs Roma imperiyası ilə Rusiya imperiyası arasında müttəfiqlik müqaviləsi imzalanmışdır.

1806 – Müqəddəs Roma imperiyasının sonuncu imperatoru II Fransın taxt-tacdan imtina etməsi ilə imperiya süquta uğramışdır.

1810 – ABŞ-da əhalinin siyahıya alınması keçirilmişdir. Siyahıya alınmanın nəticələrinə görə ABŞ əhalisinin sayı 7.239.881 olmuşdur.

1825 – Boliviya, İspaniyadan ayrılaraq müstəqilliyini elan etmişdir.

1851 – Çin və Rusiya arasında bu iki dövlətin arasında rəsmi ticarət əlaqələrinin əsasını qoymuş Kulcin Ticarət Müqaviləsi imzalanmışdır.

1889 – Boksçuların əlcəksiz son döyüşü keçirilmişdir.

1889 – Dünyada ilk dəfə olaraq Londonda hər nömrəsində hamam otağı olan “Savoy” oteli açılmışdır.

1890 – Nyu-Yorkun Auburn həbsxanasında ilk dəfə elektrikli kürsünün istifadəsinə başlanmışdır. Elektrikli stulda ilk cəza qatil Uilyam Kemmlerə verilmişdir.

1896 – Madaqaskar Fransanın müstəmləkəsi elan edilmişdir.

1914 – Birinci Dünya müharibəsi zamanı Serbiya Almaniyaya, Avstriya Rusiyaya müharibə elan etmişdir.

1926 – 19 yaşlı Gertrude Ederle, La Manş boğazını üzüb keçən ilk qadın olmuşdur. O, 56 km məsafəni 14 saat 31 dəqiqəyə üzərək, daha əvvəlki, kişilərə aid rekordu 1 saat 59 dəqiqə qabaqlamışdır.

1932 – Birinci Venesiya kinofestivalı açılmışdır.

1932 – Şimali Amerikadakı Eri və Ontario gölləri arasında Velland kanalı açılmışdır.

1940 – Estoniya SSRİ-nin tərkibinə daxil edilmişdir.

1945 – Amerikan qırıcı təyyarəsi Yaponiyanın Xirosima şəhərinə atom bombası atmışdır. Nəticədə 140 min nəfər həlak olmuşdur. On minlərlə insan da sonrakı illərdə radiasiya səbəbiylə həyatını itirmişdir.

1958 – ABŞ Conston adasında atmosferdə nüvə sınaqları keçirmişdir.

1961 – Sovet təyyarəçi-kosmonavtı mayor German Titovun idarə etdiyi “Vostok-2” kosmik gəmisi kosmosa buraxılmışdır.

1962 – Yamayka 300 illik Britaniya müstəmləkəsindən azad olaraq müstəqilliyini elan etmişdir.

1970 – Fransa Mururoa adasında nüvə sınaqları keçirmişdir.

1973 – Amerika aviasiyası “səhvən” Laosun dinc əhali yaşayan kəndlərini bombalamışdır. Nəticədə minlərlə dinc sakin həlak olmuşdur.

1986 – Proqramçı Phil Katz ilk dəfə olaraq PKARC arxivləşdiricisini satışa buraxmışdır. Bu arxivləşdirici dünyada ilk idi və IBM kompüterlərində işləyirdi.

1991 – Dünyada ilk dəfə olaraq Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) HTML kodları ilə web-səhifə hazırlanmışdır.

1995 – Xorvatiya hakimiyyəti Serbiya Krajina Respublikasının ləğv olunduğunu elan etmişdir.

1996 – Çeçenlər Qroznı şəhərinə hücum əməliyyatına başlamışlar.

1996 – NASA, 3 milyard il əvvəl mövcud olan mikroorqanizmlərin qalıqlarının Marsdan ayrılaraq Yerə düşən ALH 84001 meteoritində tapıldığını açıqlamışdır.

1997 – Koreya Hava yollarına aid Boinq 747 tipli bir sərnişin təyyarəsi Quama eniş edərkən qəzaya uğramışdır. Qəza zamanı təyyarədə olan 254 nəfərdən 228-i həyatını itirmişdir.

2002 – Yaponiya Müdafiə Nazirliyinin kompüter şəbəkəsi haker hücumu nəticəsində sındırılmışdır.

2002 – ABŞ Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi, medianın Kaliforniyada icra proseduru ilə tam tanış olmaq və işıqlandırmaq hüququna malik olduğuna qərar vermişdir.

2008 – Mavritaniyada hərbi çevriliş olmuşdur.

2012 – “Curiosity” roveri Marsa uğurlu eniş etmişdir.

2014 – Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə qida əleyhinə sanksiyalar tətbiq edilmişdir (AB, ABŞ, Kanada, Avstraliya və Norveçdən Rusiyaya balıq, ət, tərəvəz və meyvə idxalına qadağa).


Bayramlar və xüsusi günlər

  • "Dünya Həkimləri Sülh Naminə" Beynəlxalq Günü
  • Dünya Nüvə Silahlarının Qadağan Edilməsi Üçün Mübarizə Günü
  • Boliviyanın Müstəqillik Günü
  • Yamaykanın Müstəqillik Günü

Doğumlar

1667 – İohan Bernulli, İsveçrə riyaziyyatçısı, Yakob Bernullinin qardaşı, Daniila Bernullinin atası (ö. 1748).

1766 – Uilyam Xayd Vollatson, ingilis alimi, həkimi, fiziki və kimyaçısı, London kral cəmiyyətinin üzvü (ö. 1828).

1768 – Jan Batist Bessyer, Napolenun dövrundə fransız marşal (ö. 1813).

1795 – Henrix Roze, alman kimyaçısı (ö. 1864).

1832 – Xurşidbanu Natəvan, Şuşada doğulmuş görkəmli şairə (ö. 1897).

1881 – Aleksandr Fleminq, Pensilini kəşf edən Böyük Britaniya bakterioloqu (ö. 1955).

1914 – Leoniq Qroşev, hərbi təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı (ö. 1986).

1928 – Endi Uorxol, Tanınmış Amerikalı rəssam, dizayner və heykəltəraş (ö. 1987).

1940 – Muxu Əliyev, Dağıstanın dövlət xadimi, 2006-2010-cu illərdə Dağıstan Respublikasının prezidenti.

1947 – Məhəmməd Nəcibulla, 1987-1992-ci illərdə Əfqanıstanın prezidenti (ö. 1996).

1981 – Abdul Qadir Keyta, Kot-d’İvuar futbolçusu.