31 yanvar

Azərbaycanda olan hadisələr

1902 – Şamaxıda 6,9 bal gücündə zəlzələ baş verib, 2000 nəfərdən artıq insan həlak olub, minlərlə insan yaralanıb.


Dünyada olan hadisələr

1714 – Rusiyada I Pyotr zadəgan uşaqlarına "hesab və həndəsə" fənninin tədrisi haqqında fərman verib. Həmin fərmanda “Elmin əsaslarını öyrənməyənlərə” evlənmək qadağan edilib.

1729 – Türkiyədə ilk kitab olan Mehmet Bin Mustafanın (Vanlı) yazdığı “Sıhahi Cevheri” (Vankulu) adlı lüğət nəşr olunub. İbrahim Müteferrika İstanbul Sultansəlimdəki malikanəsində ilk türk mətbəəsini qurub.

1747 – Londonda ilk zöhrəvi xəstəliklər klinikası açılıb.

1790 – Osmanlı-Prussiya ittifaqı qurulub.

1865 – ABŞ Nümayəndələr Palatası köləliyi qadağan edən qanunu qəbul edib.

1876 ​​- ABŞ-da ölkədəki bütün hindular “Hindu rezervasiyası” adlanan xüsusi ayrılmış ərazilərdə yaşamağa məcbur edildilər.

1915 – Birinci Dünya Müharibəsi: Almaniya ruslara qarşı zəhərli qazdan istifadə edib.

1916 – Nijni Novqorod Dövlət Universiteti yaradılıb.

1921 – Sibirdə (İşimskoye) kəndli üsyanı başladı, bunun səbəbi Sovet hökumətinin iqtisadi siyasətindən narazılıq idi.

1924 – SSRİ Sovetlərinin 2-ci Qurultayında SSRİ-nin birinci konstitusiyasının yekun variantı təsdiq edilib.

1927 – Müttəfiqlərin Almaniya üzərində nəzarəti başa çatıb. Bundan sonra Almaniyanın yenidən silahlanmasına Millətlər Liqası nəzarət edib.

1943 – Feldmarşal Paulyus Stalinqradda sovet qoşunlarına təslim olub.

1946 – SSRİ-dən ilhamlanan Yuqoslaviyanın yeni Konstitusiyasına əsasən ölkə altı respublikadan təşkil olunub: Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya, Monteneqro, Serbiya və Sloveniya.

1950 – ABŞ Prezidenti Harry Truman, hidrogen bombası hazırlamaq proqramını həyata keçirdiklərini açıqlayıb.

1958 – İlk Amerika peyki olan “Explorer-1” orbitə buraxılıb.

1965 – Türkiyədə Səhiyyə Nazirliyinin bəyanat verib: Türkiyədə insanların orta ömrü 33 ildir.

1968 – Sakit Okeanın mərkəzi hissəsində kiçik bir dövlət olan Nauru Respublikasının müstəqilliyi elan edilib.

1968 – Vyetnam Müharibəsi: Şimali Vyetnam ordusu tərəfindən dəstəklənən NLF partizanları Tetsk Hücumunu başlayıblar.

1990 – Moskvada Puşkin meydanında (Bolşaya Bronnaya, 29) SSRİ-də ilk McDonald's açılıb.

1996 – Kolomboda Şri-Lanka Mərkəzi Bankının qapısına partlayıcı ilə dolu yük maşınının girməsi nəticəsində 91 nəfər həlak olub, 1400 nəfər yaralanıb.

2000 – Alyaska Hava Yollarına məxsus MD-83 təyyarəsi Los-Anceles yaxınlığında Sakit Okeana düşüb, 88 nəfər həlak olub.

2005 – Əfqanıstandakı türk qoşunları Kabildəki beynəlxalq hava limanına nəzarətə başlayıblar.

2009 – Komi Respublikasında Veteranlar Evi yanıb. Yanğın zamanı internatın bütün sakinləri (23 nəfər) həlak olub.

2010 – Misir milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.

2015 – Avstraliya milli futbol komandası AFK Asiya Kubokunu qazanıb.

2020 – Böyük Britaniyanın Avropa İttifaqı daxilində üzvlüyü 50-ci maddəyə uyğun olaraq, 47 il üzv dövlət olduqdan sonra dayandırılıb (Brexit).

2020 – İngiltərə, İspaniya, İtaliya və Rusiyada ilk dəfə COVID-19 qeydə alınıb.


Bayramlar və xüsusi günlər

  • Naurunun Müstəqillik Günü.

Doğumlar

1543 – Tokuqava İzyasu, Yaponiya hökmdarı (1603-1605), Tokuqava sülaləsinin banisi (ö. 1616).

1769 – André Jacques Garnerin, fransız aeronavtı, dünyanın ilk paraşütçüsü (ö. 1823).

1868 – Teodor Uilyam Riçards, kimya üzrə Nobel mükafatına layiq görülən ilk amerikalı (1914) (ö. 1928).

1879 – Səməd Mənsur (Kazımov), Azərbaycanın tanınmış satirik şairi (ö. 1927).

1884 – Məmməd Əmin Rəsulzadə, azərbaycanlı ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub (ö. 1955).

1884 – Teodor Heuss, alman siyasətçisi, jurnalisti və politoloqu, Almaniyanın ilk federal prezidenti (1949-1959) (ö. 1963).

1896 – Sofya Yanovskaya, riyaziyyatçı, filosof, pedaqoq, sovet riyaziyyat fəlsəfə məktəbinin banisi (ö. 1966).

1903 – İvar Yohansson, isveçli sərbəst və yunan-Roma güləşçisi, 3 qat Olimpiya çempionu (1932, 1936) (ö. 1979).

1924 – Əli Tudə (Cavadzadə), görkəmli Azərbaycan şairi, əməkdar incəsənət xadimi (ö. 1996).

1938 – Beatrix (Beatrix Wilhelmina Armgard), Hollandiya Kraliçası (1980-ci ildən).

1948 – Mübariz Tağıyev, azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2006).

1992 – Aleksandr Loginov, rus biatlonçusu, dünya çempionu (2020), 4 qat Avropa çempionu.

1993 – Ku Ponq Çan, Cənubi Koreyalı oxatan, ikiqat Olimpiya çempionu.