29 noyabr

Azərbaycanda olan hadisələr

1920 – Azərbaycan SSR İnqilab Komitəsinin qərarı ilə kənd və nahiyə inqilab komitələri ləğv edilib, onların yerində kənd və nahiyə yoxsul komitələri yaradılıb.

1920 – XI Qızıl Ordu İrəvana daxil olub, Ermənistanda sovet hakimiyyəti qurulub.


Dünyada olan hadisələr

1807 – Portuqaliya kraliyyəti Lissabondan Braziliyaya qaçıb.

1830 – Polşada milli azadlıq üsyanı başlayıb.

1864 – Sand Creek Massacre qətliamı baş verib (ABŞ-da 700 nəfərdən ibarət Kolorado Ərazisi milislərinin Arapaho düşərgəsində hindulara qarşı törətdiyi vəhşicəsinə qətliam).

1899 – Barcelona futbol klubu yaradılıb.

1922 – Tutanxamonun mumiyasının ardından onun varidatı da aşkar edilib.

1929 – Amerikan təyyarəçi Riçard Bird ilk dəfə Cənub Qütbü üzərindən uçub.

1932 – SSRİ və Fransa hücum etməmək barədə pakt imzalayıblar.

1944 – Albaniya Xalq Respublikası qurulub.

1944 – “Mavi Körpə Sindromu” adlı neonatal ürək xəstəliyini düzəltmək üçün ilk insan cərrahi müalicə Merilend ştatının Baltimor şəhərindəki Con Hopkins Xəstəxanasında cərrahlar Alfred Blalock və Vivien Thomas tərəfindən həyata keçirilib.

1945 – Yuqoslaviyada monarxiya federativ respublika ilə əvəz olunub.

1945 – Dünyada ilk dəfə helikopter ilə xilasetmə əməliyyatı həyata keçirilib.

1945 – Təsis Məclisi Yuqoslaviya Federativ Xalq Respublikasının (FXR) yaradılmasını elan edib.

1946 – Belçika YUNESKO-ya üzv olub.

1947 – BMT Baş Assambleyası Fələstini yəhudi və ərəb dövlətlərinə bölmək planını qəbul edib.

1962 – Fransa və Böyük Britaniya səsdənsürətli mülki təyyarə (Concorde) istehsal etmək barədə müqavilə imzalayıblar.

1963 – Monreal yaxınlığında DC-8 təyyarəsinin qəzaya uğraması nəticəsində 118 nəfər həlak olub.

1967 – Yunanıstanın Kiprdə Türkiyənin şərtlərini qəbul etməsi ilə böhran həll olundu.

1974 – Pakistanda zəlzələ nəticəsində 4700 nəfər ölüb.

1979 – Amerika hökuməti səfirlik əməkdaşlarının girov götürülməsinə görə İrandan Haaqa Məhkəməsinə şikayət edib.

1984 – BMT son bir ildə 300 min efiopiyalının aclıqdan öldüyünü rəsmən açıqlayıb.

1987 – Andaman dənizi üzərində Boeing 707-nin partlaması (terror aktı) nəticəsində 115 nəfər həlak olub.

1996 – Haaqa məhkəməsi 1200 bosniyalının ölümündə iştirak etmiş əsgərə 10 il həbs cəzası verib.

2009 – İsveçrədə referendum keçirilib və nəticədə minarələrin tikintisinə qadağa qoyulub.

2012 – Fələstin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında 138 "hə" və 9 "xeyr" səsi ilə Birləşmiş Millətlər Təşkilatının müşahidəçi üzvü olub.

2013 – Namibiyanın şimalında pilotun intiharı səbəbindən Mozambikin Embraer ERJ 190 təyyarəsi qəzaya uğrayıb, 33 nəfər həlak olub.

2016 – Türkiyədə Adananın Aladağ rayonunda özəl qızlar yataqxanasında baş verən yanğında 11 tələbə və 1 işçi həlak olub.


Bayramlar və xüsusi günlər

  • Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü (BMT).
  • Albaniyanın Qurtuluş Günü.

Doğumlar

1797 – Qaetano Donizetti, italyan bəstəkarı, 68 operanın müəllifi (ö. 1848).

1803 – Kristian Doppler, avstriyalı riyaziyyatçı və fizik (ö. 1853).

1832 – Louise Mey Alcott, Amerika yazıçısı və feminist, tarixdə siyasi seçkilərdə qeydiyyatdan keçən ilk qadın (ö. 1888).

1874 – Antonio Eqaş Moniz, portuqaliyalı psixiatr və neyrocərrah, Nobel mükafatı laureatı (1949) (ö. 1955).

1879 – Nikolay Krılov, rus sovet riyaziyyatçısı və fiziki, SSRİ Elmlər Akademiyasının akademiki (ö. 1955).

1908 – Afət İnan, türk tarixçisi və sosiologiya professoru (Atatürkün övladlığa götürdüyü qızı) (ö. 1985).

1928 – Tahir Salahov, Azərbaycan və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, pedaqoq, fırça ustası, “Heydər Əliyev” ordeni və Fransanın “Şərəf Legionu Zabiti” ordeni saihibi.

1932 – Jak Şirak, Fransa prezidenti (1995-2007) (ö. 2019).

1966 – Yevgeni Mironov, sovet və rus aktyoru, Rusiya Federasiyasının xalq artisti.