28 yanvar

Azərbaycanda olan hadisələr

1923 – "Azərbaycan" ədəbiyyat jurnalı nəşr olunub.

1992 – Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulub. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş verib, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olub.


Dünyada olan hadisələr

1077 – Papa VII Qriqori Alman kralı və Müqəddəs Roma İmperiyasının monarxı IV Henrixi "Kanossaya gediş"lə başa çatan münaqişədə məğlub edib.

1226 – Tuluza hökmdarı VII Raymond (Tuluza qrafı) Papa tərəfindən kilsədən uzaqlaşdırılıb.

1495 – Roma Papas oğlu Çezar Borjianı Fransa kralı VIII Karlza girov olaraq verib.

1517 – Yavuz Sultan Səlimin komandanlığı altında Osmanlı Ordusu Qahirəyə daxil olub.

1596 – İngilis dəniz səyyahı Frensis Dreyk öz gəmisində dizenteriyadan ölüb.

1724 – I Pyotrun fərmanı ilə Sankt-Peterburq Elmlər Akademiyası və Sankt-Peterburq Universiteti yaradılıb.

1725 – Rusiyada "saray çevrilişləri dövrü" başlayıb.

1813 – Ceyn Ostinin "Qürur və qərəz" kitabı nəşr olunub.

1820 – Rusiyanın "Vostok" və "Mirnı" gəmiləri tərəfindən Antarktida kəşf edilib.

1871 – Fransa-Prussiya Müharibəsində Fransa təslim olub və müharibə başa çatıb.

1900 – Leypsiqdə Almaniya Futbol Assosiasiyası yaradılıb.

1906 – Rusiyada qadınlar üçün ilk ali texniki təhsil müəssisəsi olan Sankt-Peterburq qadın politexnik kursları açılıb.

1909 – İspaniya-Amerika müharibəsindən bəri orada olan Amerika qoşunları Kubanı tərk edib.

1918 – Lev Trotski Sovet İttifaqında Qırmızı Ordunu qurmağa başlayıb.

1918 – Estoniya və Latviya Rusiyadan müstəqilliklərini elan ediblər.

1920 – Osmanlı Parlamentinin gizli iclasında Milli Pakt (Misak-ı Milli) qəbul edilib.

1921 – Albert Eynşteyn kainatın ölçülə biləcəyi fikrini irəli sürüb. Bu, elm aləmində müzakirələrə səbəb olub.

1930 – İspaniya diktatoru Migel Primo de Rivera istefa verib.

1932 – Yaponiya Şanxayı işğal edib.

1933 – Almaniyada Veymar Respublikasının sonuncu hökuməti olan Kurt fon Şleyxer hökuməti istefa verib.

1935 – İslandiya abortu qanuniləşdirən ilk ölkə olub.

1945 – Sovet qoşunları Memeli (Litva) tutublar.

1945 – Andrey Vlasov Nasist Almaniyasının yaratdığı Rusiya Azadlıq Ordusunun baş komandanı təyin edilib.

1958 – “Lego” şirkəti hələ də bu gün istehsal olunan kərpiclərlə uyğun gələn Lego kərpiclərinin dizaynını patentləşdirib.

1958 – Kiprdə türklərin təşkil etdiyi mitinq zamanı İngilis əsgərlərinin atəş açması və bir yük maşınının qəsdən xalqın üzərinə sürülməsi nəticəsində 8 nəfər həlak olub. Türkiyə Böyük Millət Məclisi yanvarın 31-də Böyük Britaniyanı qınamağa qərar verib.

1959 – Çukurovada (Türkiyə) sel olub. 200 min portağal ağacı və toxuculuq fabriki su altında qalıb. Zərərin 5 milyon TL olduğu təxmin edilir. Seldən sonra bölgədə ərzaq qıtlığı başlayıb.

1982 – Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan öldürülüb. Terror aktına görə məsuliyyəti "Erməni Soyqırımı Ədalət Komandoları" öz üzərinə götürüb.

1985 – Nüvə müharibəsinə qarşı Dehli Bəyannaməsinin qəbul edilib.

1986 – Kosmik məkik "Challenger" havaya qalxdıqdan 73 saniyə sonra parçalanıb, göyərtəsində olan yeddi astronavtın hamısı həlak olub.

1992 – Türkiyənin Konstitusiya Məhkəməsi Türkiyə Birləşmiş Kommunist Partiyasını bağlayıb.

1993 – Türkiyənin Baş Qərargahı "çevriliş dövrü"nün bitdiyini bəyan edib.

1994 – Türkiyə döyüş təyyarələri PKK-nın (Kürdüstan Fəhlə Partiyası) Şimali İraqdakı Zeli düşərgəsini bombalayıb.

2002 – Ekvador Hava Yollarına məxsus “Boeing 727-100” təyyarəsi Kolumbiyanın cənubunda And dağlarına çırpılıb, 92 nəfər həlak olub.

2003 – Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Leonid Kuçmanın görüşü zamanı Rusiya-Ukrayna dövlət sərhədi haqqında müqavilə imzalanıb.

2004 – Türk lirəsindən altı sıfırın çıxarılmasını və pul vahidi olaraq yeni türk lirəsinin çıxarılmasını nəzərdə tutan qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində qəbul edilib.

2006 – Polşanın Katovitse şəhərindəki sərgi sarayının damı yığılan qarın ağırlığı altında çöküb: 62 nəfər həlak olub, 140 nəfər yaralanıb.

2009 – Raul Kastro Moskvaya gəlib. Bu, SSRİ-nin dağılmasından sonra Kuba liderinin Rusiyaya ilk rəsmi səfəridir.

2014 – Ukrayna Ali Radası “16 yanvar” qanunlarını ləğv edib. Nikolay Azarov istefa verib.


Bayramlar və xüsusi günlər

  • Şəxsi Məlumatların Beynəlxalq Mühafizəsi Günü.

Doğumlar

1217 – Səfiəddin Urməvi, musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri, virtuoz, bəsətkar (ö. 1294).

1457 – VII Henrix, İngiltərə və İrlandiya kralı (1485-ci ildən), Tudorlar sülaləsinin ilk monarxı (ö. 1509).

1600 – IX Klement (Culio Rospigliosi), 238-ci Roma Papası (1667-ci ildən) (ö. 1669).

1608 – Giovanni Alfonso Borelli, italyan generalı, biomexanikanın banisi (ö. 1679).

1611 – Yan Hevelius, polşalı astronom, teleskop dizayneri, selenoqrafiyanın banisi (ö. 1687).

1706 – Con Baskervil, ingilis tipoqrafı və naşiri, onun adını daşıyan yeni üslubda şriftlərin yaradıcısı (ö. 1775).

1717 – III Mustafa, 26-cı Osmanlı sultanı və 105-ci İslam xəlifəsi (ö. 1774).

1848 – Həsənəliağa-xan Qaradağlı, Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi (ö. 1929).

1884 – Oqyust Pikkar, isveçrəli kəşfiyyatçı, fizik, stratosfer şarının və batiskafın ixtiraçısı (ö. 1962).

1938 – Leonid Jabotinski, ukraynalı sovet ağır atleti, 2 qat Olimpiya çempionu (1964, 1968), 4 qat dünya çempionu, 2 qat Avropa çempionu (ö. 2016).

1955 – Nikola Sarkozi, 2007-2012-ci illərdə Fransa prezidenti.

1972 – Şirzad Fətəliyev, Azərbaycan musiqiçisi, balaban ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti.

1978 – Canluici Buffon, italyan futbol qapıçısı, dünya çempionu (2006).

1982 – Mikael Guigu, fransalı həndbolçu, 3 qat Olimpiya çempionu (2008, 2012, 2020).

1985 – Lisbet Trickett (Lenton), avstraliyalı üzgüçü, 4 qat Olimpiya çempionu.