28 sentyabr

Azərbaycanda olan hadisələr

1724 – Rusiya İmperiyasının qoşunları İrəvan qalasını tutub.


Dünyada olan hadisələr

E.ə. 480 – Salamin adaları yaxınlığında Yunan donanması ilə Əhəmənilər İmperiyasının donanması arasında yunanların qələbəsi ilə başa çatan döyüş olub.

1066 – Hersoq Vilhelmin rəhbərlik etdiyi Normanlar İngiltərəyə hücum ediblər.

1106 – Tenşbre yaxınlığında İngiltərə ilə Normandiya arasında ingilislərin qələbəsi ilə başa çatan döyüş olub. Bu qələbədən sonra Normandiya 1204-cü ilə qədər İngiltərənin tərkibində qalıb.

1538 – Preveze dəniz döyüşündə Xeyrəddin Barbarossanın rəhbərliyi altında olan Osmanlı donanması admiral Andrea Dorianın rəhbərliyi altında olan səlib donanmasını məğlubiyyətə uğradıb.

1542 – İspan Xuan Rodriqes Kabrilyo, Kaliforniya sahilləri boyunca üzən ilk avropalı olub.

1618 – Brüsseldə dünyanın ilk lombardı açılıb.

1730 – Osmanlı İmperiyasında Lale dövrünə son qoyan Patrona Halil Üsyanı başlayıb.

1745 – İngilis marşının "Allah padşahı qorusun" ilk qeydə alınmış ifası olub.

1759 – Meksikanın Miçoakan əyalətində Xorullo vulkanı püskürüb.

1760 – Yeddi illik müharibə zamanı Berlin Rusiya və Avstriya qoşunları tərəfindən tutulub.

1791 – Milli Məclis Fransa yəhudilərinə bütün vətəndaş hüquqlarını verib.

1791 – Fransada köləlik ləğv edilib.

1793 – Kanada, bu tarixdən sonra doğulan bütün kölə uşaqlarının 25 yaşına çatdıqda azad olacağını elan edib.

1864 – Londonda Beynəlxalq Fəhlə Dərnəyi (I İnternasional) yaradılıb.

1867 – Toronto şəhəri Ontario əyalətinin paytaxtı olub.

1870 – Prussiya qoşunları Strasburqu ələ keçirib.

1889 – Fransada keçirilən I Çəkilər və Ölçmələr üzrə Ümumi Konfransda Metrik sistemin əsas vahidləri olan kiloqrammetr təyin edilib.

1904 – Sankt-Peterburqda K.Qutskovun "Uriel Akosta" tamaşası ilə V.F.Komissarjevskaya adına Akademik Dram Teatrı açılıb.

1919 – Latviya Universiteti açılıb.

1920 – Kurtuluş Savaşı zamanı Kazım Karabəkirin komandanlığı altında olan Türk Ordusu Şərq Hərəkatını başlayıb və hücuma keçib.

1925 – SSRİ-də İşçi və Kəndli Milisləri haqqında nizamnamə qəbul edilib.

1928 – Alexandr Fleming, Penicillium Notatum adlı bir küfün antibiotik xüsusiyyətlərinə malik olduğunu aşkarlayıb və Penisilini kəşf edib.

1937 – Türkiyədə Konstitusiyanın dəyişdiriləcəyini iddia edən Tan qəzeti, Nazirlər Şurası tərəfindən 10 günlük bağladılıb.

1937 – Benito Mussolini və Adolf Hitler Berlin Olimpiya Stadionunda 1 milyondan artıq insanın qarşısında söylədikləri nitqlərində sülhə inandıqlarını dilə gətiriblər.

1937 – SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qərbi Sibir Bölgəsi Altay Bölgəsi və Novosibirsk Bölgəsinə bölünüb.

1939 – İkinci Dünya Müharibəsi: Varşava təslim olub.

1939 – "SSRİ ilə Almaniya arasındakı Dostluq və Sərhəd Sazişi" bağlanıb.

1939 – "SSRİ ilə Estoniya arasında Qarşılıqlı Yardım Paktı" bağlanıb.

1944 – Alman ordusunun "Serbiya" qrupunun darmadağın edilməsi və Yuqoslaviyanın azad edilməsi ilə yekunlaşan “Belqrad strateji hücum əməliyyatı” başlayıb.

1950 – İndoneziya Millətlər Cəmiyyətinə daxil edilib.

1955 – Türkiyədə supermarketlər şəbəkəsi olan MİGROS-un İstanbulda ilk supermarketi açılıb.

1958 – Fransada Beşinci Respublika Konstitusiyasının qəbul edildiyi referendum keçirilib.

1961 – Suriyada hərbi çevriliş olub, Suriyanın Birləşmiş Ərəb Respublikasından çıxdığı elan edilib və Suriya Ərəb Respublikası elan edilib.

1965 – İstanbul Qız Qalası Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinə verilib.

1973 – Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin Zaporojye şəhərindəki Xortitsa adasında dövlət qoruğu yaratmaq qərarı ləğv edilib.

1973 – 11 sentyabr 1973-cü ildə Çilidəki dövlət çevrilişində korporasiyanın iştirakına etiraz olaraq Madison prospektində yerləşən ITT Corporation Latın Amerika şöbəsinin göydələnində bomba partladılıb.

1978 – Sosialist İnternasionalı CHP-nin üzvlük müraciətini qəbul edib.

1978 – Sovet İttifaqı ilk dəfə Arktikada nüvə sınaqları həyata keçirdiyini etiraf edib.

1979 – İran, İraq, Pakistan, Türkiyə və Böyük Britaniyanın daxil olduğu CENTO hərbi-siyasi bloku rəsmən fəaliyyətini dayandırıb.

1992 – Pakistan Beynəlxalq Hava Yollarına aid Airbus A300B4-203 təyyarəsinin Katmandu yaxınlığında qəzaya uğraması nəticəsində 167 nəfər həlak olub.

1994 – "Estoniya" bərəsi Baltik dənizində batması nəticəsində 852 nəfər həlak olub.

1995 – Fələstin Azadlıq Təşkilatının (FAT) lideri Yasir Ərəfat ilə İsrailin baş naziri İsxak Rabin Qərb Sahilinin Fələstinin tabeçiliyinə verilməsi üçün razılığa gəliblər.

2000 – İsrailin Baş naziri Ehud Barak ilk dəfə Qüdsün bölünmə ehtimalını irəli qəbul edib. Onun sözlərinə görə, Fələstinlilərlə bağlanan sülh müqaviləsi, bağlanacağı təqdirdə, şəhərin qərb hissəsinin İsrailin paytaxtı, şərqinin isə Fələstin dövlətinin paytaxtı olacağına dair bir razılaşma ehtiva edəcək.

2003 – İtaliyada elektrik şəbəkələrində yaranmış nasazlıq səbəbindən bütün ölkə 12 saat ərzində elektriksiz qalıb.

2003 – Türkiyə qadın milli voleybol komandası tarixində ilk dəfə olaraq Avropada ikinci olub.

2008 – Belarus Respublikasında parlament seçkiləri olub.

2009 – Hindistan kosmik aparatı Chandrayaan-1 Ayda su kəşf edib.

2010 – Rusiya prezidenti Dmitri Medvedyev Moskva meri Yuri Lujkovu vəzifəsindən azad edib.


Bayramlar və xüsusi günlər

  • Ümumdünya Quduzluğa Qarşı Mübarizə Günü.

Doğumlar

E.ə. 551 – Konfutsi, Çin filosofu və mütəfəkkiri (ö. e.ə. 479).

616 – Cavanşir, Alban hökmdarı, Mehranilər sülaləsindən olan xalq qəhrəmanı (ö. 681).

1698 – Pyer Lui de Mopertyui, fransız riyaziyyatçı, təbiətşünas, fizik, astronom, tədqiqatçı (ö. 1759).

1783 – Nadejda Durova, rus süvari zabiti, zabit, 1812-ci il Vətən Müharibəsi iştirakçısı, yazıçı (ö. 1866).

1848 – Radhanat Ray, hind şairi, yazıçı, dramaturq. Oriya dilində yazıb (ö. 1908).

1852 – Henri Moissant, ftoru almış fransız kimyaçısı, Nobel mükafatı laureatı (1906) (ö. 1907).

1867 – Hiranuma Kiitiro, yapon siyasətçi, dövlət xadimi, Yaponiyanın Baş naziri (1939-cu ildə) (ö. 1952).

1871 – Pietro Badolio, İtaliya hərbi lideri, İtaliya marşalı, ölkəni İkinci Dünya Müharibəsindən çıxaran şəxs, B.Mussolininin devrilməsindən sonra İtaliya hökumətinin ilk başçısı (ö. 1956).

1883 – Albert Rees Williams, amerikalı jurnalist, Rusiya Vətəndaş Müharibəsinin Bolşeviklərin tərəfində iştirakçısı (ö. 1962).

1888 – Şon Lester, irlandiyalı diplomat, Millətlər Cəmiyyətinin 3-cü və son Baş katibi (1940-1946) (ö. 1959).

1897 – Muxtar Аuezov, Qazax Sovet yazıçısı ("Abay yolu" əsəsrinin müəllifi), dramaturq, alim (ö. 1961).

1915 – Ethel Rosenberq, ABŞ tarixində casusluq etdiyi üçün edam edilən yeganə mülki qadın (1953-cü ildə edam edilib).

1925 – Seymur Krey, amerikalı mühəndis, superkompüterin yaradıcısı (ö. 1996).

1929 – Nikolay Rıjkov, Sovet və Rus dövlət xadimi, SSRİ Nazirlər Sovetinin sədri (1985-1991).

1940 – Aleksandr İvançenkov, Sovet pilot-kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı.