28 mart

Azərbaycanda olan hadisələr

1992 – Azərbaycan və Suriya arasında diplomatik əlaqələr qurulub.


Dünyada olan hadisələr

193 – Qvardiyaçılar Roma imperatorunun taxtını senator Didius Juliana satıblar (senator 66 gün sonra edam edilib).

364 – Roma İmperiyası Qərb və Şərqə bölünüb (imperator Valentinian imperiyanın şərq hissəsinin idarə olunmasını qardaşı Valensə həvalə edib).

519 – Şərq və Qərb arasında ilk kilsə bölünməsinə səbəb olan Akakian parçalanması baş verib.

681 – Konstantinopoldakı Ekumenik Şura Papa I Honoriusu bidətçilikdə ittiham edib.

1461 – Qırmızı və Ağ Güllər Müharibəsi zamanı Ferrybridge döyüşü baş verib.

1521 – Ferdinand Magellan Filippin yerliləri ilə əlaqə quran ilk avropalı olub.

1626 – İtalyan Pietro della Vallenin Hindistana ekspedisiyası başa çatıb.

1776 – Moskvada Böyük Teatrın əsası qoyulub.

1801 – Neapol Krallığı Elba adasını Fransaya verib.

1842 – Vyana Filarmonik Orkestrinin ilk konserti baş tutub.

1845 – Texasın ABŞ tərəfindən ilhaqı səbəbindən Meksika Vaşinqtonla diplomatik əlaqələri kəsib.

1849 – Frankfurt Milli Məclisi Almaniya İmperiyasının yaradılmasını nəzərdə tutan imperiya konstitusiyasını qəbul edib.

1854 – Krım müharibəsi: Fransa Rusiya imperiyasına müharibə elan edib.

1891 – Ağır atletika üzrə ilk dünya çempionatı keçirilib.

1910 – Marseldə dünyanın ilk hidroplanı havaya qalxıb.

1917 – Türkiyə hakimiyyəti yəhudiləri Tel-Əvivdən qovub.

1918 – Türkiyədə Ərzuruma bağlı Olur qəsəbəsi işğaldan azad edilib.

1930 – Türkiyə hökuməti xarici ölkələrdən Türkiyədəki şəhərləri üçün türk adlarından istifadə etmələrini rəsmi şəkildə tələb edib. Bu tarixdən sonra Poçt İdarəsi Anqora və ya Konstantinopol kimi ünvanlanan məktubları Ankara və İstanbula çatdırmayıb.

1933 – Hitler yəhudiləri və yəhudilərə məxsus mağazaları boykot etməyi əmr edib.

1935 – Kanadada bazar günləri radio reklamı qadağan edilib.

1939 – General Frankonun qoşunları Madridi işğal edib.

1940 – SSRİ-də eksperimental İ-301 LaGG-1 qırıcısının ilk uçuşu həyata keçirilib.

1942 – Britaniya Hərbi Hava Qüvvələri Almaniyanın Lübek şəhərini bombalamağa başlayıb.

1947 – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası yaradılıb.

1979 – Nüvə enerjisi tarixində ən dəhşətli qəzalardan biri baş verib. ABŞ-ın Three Mile Island atom elektrik stansiyasında qəza olub.

1983 – Tehranda çalışan bir sıra türk diplomatlarına hucumlar təşkil olunub. Türkiyə səfirinin katibi Həsən Servet Ötgəm evindən çıxarkən terrorçular ona hücum edib, diplomatı yaralayıblar. İki erməni terrorçussu baş çavuş İsmayıl Pamukçuya atəş açıb onu ağır yaralayıb. Səfirliyin inzibati məsələlər üzrə ataşesi, polisə onun evinin qarşısında duran iki nəfər şübhəli şəxs barədə məlumat verib. Polis erməni terrorçularını həbs edib. Gündüz saat ikidə polis daha üç erməni terrorçusunu Türkiyə səfirliyinin qarşısında həbs edib. Suren Qriqoryan adlı erməni terrorçusu türk diplomatının maşınına quraşdırmaq istədiyi partlayıcı qurğunun vaxtından əvvəl işə düşmasi nəticəsində həlak olub.

1993 – SN 1993J M81 qalaktikasında Supernova partlayıb. O zaman bu, 20-ci əsrdə müşahidə edilən ikinci ən parlaq fövqəlnova idi. İlk supernova 1987-ci ildə yaxınlıqdakı Böyük Magellan Buludunda partlayan SN 1987A idi.


Bayramlar və xüsusi günlər

  • Azərbaycanın dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı günü.
  • Kabardino-Balkariada balkar xalqının dirçəliş və Balkar dövlətçiliyinin bərpası günü.
  • Liviya Ərəb Cəmahiri – Evakuasiya Günü.
  • Tibetlilərin təhkimçilikdən azad edilməsi günü.

Doğumlar

1472 – Fra Bartolomeo, italyan rəssamı (ö. 1517).

1793 – Henry Schoolcraft, Missisipi çayının başlanğıcını kəşf edən Amerika kəşfiyyatçısı (ö. 1864).

1799 – Karl Adolf fon Basedov, Basedov xəstəliyini təsvir edən alman fiziki və həkimi (ö. 1854).

1800 – Antonio Tamburini, italyan opera müğənnisi (ö. 1876).

1819 – Cozef Bazalgett, ingilis mühəndisi, Londonun drenaj sisteminin yaradıcısı (ö. 1891).

1845 – Pavel Qolubitski, rus telefon ixtiraçısı (ö. 1911).

1868 – Maksim Qorki (əsl adı Aleksey Maksimoviç Peşkov), rus sovet yazıçısı (ö. 1936).

1892 – Korney Heymans, belçikalı fizioloq, Nobel mükafatı laureatı (1938) (ö. 1968).

1912 – Marina Raskova, Sovet pilot-şturmanı, Sovet İttifaqı Qəhrəmanı adını alan ilk qadınlardan biri (1943-cü ildə həlak olub).

1928 – Alexander Grothendieck, fransız riyaziyyatçısı (ö. 2014).

1930 – Cerom Fridman, amerikalı kvark fiziki, Nobel mükafatı laureatı (1990).

1940 – Maykl Plumb, amerikalı atçılıq, ikiqat olimpiya çempionu, 7 olimpiadanın iştirakçısı.

1974 – Anar Nağılbaz, Azərbaycan repçisi, aktyor, rejissor, ssenarist və prodüser. Azərbaycanın ilk repçisi sayılır (ö. 2018).

1981 – Elvira Xasyanova, rusiyalı sinxron üzgüçü, üçqat Olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu.

1985 – Sten Vavrinka, isveçrəli tennisçi, 3 Böyük Dəbilqə turnirinin qalibi, Olimpiya çempionu (2008).

1986 – Ledi Qaqa (əsl adı Stefani Coan Ancelina Germanotta), amerikalı müğənni, bəstəkar, prodüser, dizayner, aktrisa, Oskar, iki Qızıl Qlobus, 11 Qremmi mükafatçısı.

1991 – Marie-Philippe Poulain, kanadalı xokkey oyunçusu, iki Olimpiya finalının bombardiri (2010 və 2014).

1992 – Park Seung-hee, Cənubi Koreyalı şort-trekçi, ikiqat Olimpiya çempionu, dəfələrlə dünya çempionu.

2000 – Aleyna Tilki, türk müğənnisi.