27 noyabr

Azərbaycanda olan hadisələr

1920 – RSFSR XKS "Türküstan və Azərbaycan SSR-də pambıqçılığı bərpa etmək barədə" dekret verib.

1945 – Cənubi Azərbaycanda Milli Məclisə seçkilər keçirilib.

1995 – Azərbaycan Respublikası Litva ilə diplomatik əlaqələr qurub.

2006 – MDB məkanında ilk dəfə olaraq Bakıda hüquqşünas qadınların beynəlxalq konfransı keçirilib.


Dünyada olan hadisələr

1095 – Papa II Urban Klermon Katedralində Birinci Səlib yürüşünü elan edib.

1526 – Osmanlı sultanı Süleyman Qanuni Avstriya səfərinə başlayıb.

1671 – Stepan Razin üsyanının sonu: hökumət qoşunları üsyançıların paytaxtı Həştərxanı ələ keçirib.

1705 – Çar I Pyotr Moskva krallığının dəniz piyadaları korpusunun yaradılması haqqında fərman imzalayıb.

1730 – Rusiya Senatı "Moskvada qışda işıqlandırmaq üçün şüşə fənərlərin hazırlanması haqqında" fərman verib.

1838 – Meksika və Fransa arasında şirniyyat müharibəsi zamanı San Xuan de Ulua döyüşü baş verib.

1895 – Alfred Nobel vəsiyyətnaməsini imzalayıb, ona görə sərvətinin böyük hissəsi Nobel Mükafatı fonduna keçib.

1906 – İtalyan avtomobil istehsalçısı Lancia təsis edilib.

1909 – Tomas Edison ilk səsli film nümayişini edib.

1914 – Ən böyük yəhudi xeyriyyə təşkilatı Joint yaradılıb.

1918 – Ukrayna Milli Elmlər Akademiyası yaradılıb.

1919 – Bolqarıstan müttəfiqlərlə Neuilly müqaviləsini imzalayıb.

1920 – Belorus Xalq Respublikasının müstəqilliyini müdafiə etmək üçün Slutsk üsyanı başlaıb.

1922 – Türkiyədə Laləpaşa qəsəbəsi işğaldan azad edilib.

1933 – Belqradda Türkiyə – Yuqoslaviya Dostluq, Hücum etməmək, Məhkəmə həlli, Arbitraj və Barışıq Müqaviləsi imzalanıb.

1936 – Türkiyədə Milli Məclis Hatay davasını Millətlər Cəmiyyətinə aparmaq qərarına gəlib.

1942 – Alman orduları Tulon (Fransa) limanına daxil olarkən buradakı Fransız donanması özünü məhv edib.

1943 – Türkiyədə Amasya, Çorum, Tokat, Ordu və Kastamonuda zəlzələlər baş verib, 4016 nəfər həlak olub, 23785 ev dağılıb.

1947 – İstanbul BJK İnönü Stadionu açılıb.

1948 – 22 noyabrda İstanbulda başlayan “1948-ci il Türkiyə İqtisadiyyatı Konqresi” başa çatıb. Qurultayda dövlətçilik siyasəti tənqid edilib, özəl sahibkarlığın təşviqi tələb olunub.

1950 – Koreyada Türk ordusunun Çin ordusuna qarşı dirəndiyi Kunuri döyüşləri başlayıb.

1962 – Boeing 707 təyyarəsinin Lima yaxınlığında qəzaya uğraması nəticəsində 97 nəfər ölüb.

1967 – Fransa Böyük Britaniyanın Ümumi Bazara girməsinə veto qoyub.

1970 – DC-8 təyyarəsinin Ankoricdə qəzaya uğraması nəticəsində 47 nəfər ölüb.

1978 – Türkiyədə Diyarbakırın Lice rayonunun Fiş kəndində PKK qurulub.

1978 – YUNESKO 1981-ci ili Atatürk İli elan edib.

1983 – Boeing 747 Madrid yaxınlığında qəzaya uğrayıb, 181 nəfər həlak olub.

1989 – Boeing 727 Boqota üzərində partlayıb, 110 nəfər həlak olub. Hücum narkobaron Pablo Eskobarın göstərişi ilə təşkil edilib.

2001 – Hubble teleskopu vasitəsilə ilk dəfə Günəş sistemindən kənarda atmosfer aşkar edilib.

2002 – BMT nəzarətçiləri 4 il fasilədən sonra İraqda yenidən kimyəvi silah axtarmağa başlayıblar.


Doğumlar

1701 – Anders Selsi, isveçli astronom, fizik, geoloq və meteoroloq, İsveç Elmlər Akademiyasının üzvü. Elmi tədqiqatları astronomiyaya, fizikaya və geofizikaya həsr olunub. Temperaturu ölçmək üçün yeni şkalanın yaradıcısı. Temperatur vahidi onun şərəfinə adlandırılıb (ö. 1744).

1874 – Xaim Veystmann, İsrailin ilk prezidenti (1949-1952), Dünya Sionist Təşkilatının prezidenti (ö. 1952).

1894 – Konosuke Matsushita, yapon iş adamı, hazırda “Panasonic” kimi tanınan “Matsushita Electric”-in qurucusu (ö. 1989).

1932 – Ülkü Adatəpə, Atatürkün mənəvi qızı (ö. 2012).

1940 – Brüs Li, Honq-Konq və amerikalı kino aktyoru, rejissor, ssenarist, prodüser, döyüş ustası (ö. 1973).

1956 – Əsgər Rəhimov, Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2012) (ö. 2017).

1960 – Yuliya Timoşenko, ukraynalı siyasətçi, Ukraynanın keçmiş baş naziri (2005 və 2007-2010).