25 yanvar

Azərbaycanda olan hadisələr

1908 – İslam dünyasında və şərq aləmində ilk opera olan Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası Bakıda tamaşaya qoyulub.

1965 – SSRİ Hərbi Hava Qüvvələrinə məxsus An-8 hərbi-nəqliyyat təyyarəsi Azərbaycan SSR-nin Goran aerodromundan qalxaraq Gəncə aerodromuna eniş edərkən qəzaya uğrayıb. Təyyarədə olan 6 hərbçinin hamısı həlak olub.

1988 – Qafan rayonunda yaşayan azərbaycanlılar ermənilər tərəfindən deportasiya edilib.

1991 – Meksika Azərbaycanın müstəqilliyini tanıyıb.

1992 – Uğursuz Daşaltı əməliyyatı olub.

2001 – Azərbaycan Avropa Şurasının üzvlüyünə qəbul olunub.

2001 – Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda Avropa Şurasının binası önündə Azərbaycan dövlətinin bayrağı ucaldılıb.


Dünyada olan hadisələr

41 – Öldürülən Kaliqulanın yerinə Tiberi Klavdi Neron Germanik Senat tərəfindən imperator elan edilib.

750 – Əməvi ordusu ilə Abbasilərin tərəfdarları arasında Böyük Zab çayı üzərində döyüş baş verib. Abbasilər qalib gəlib.

1072 – Türk mədəniyyətinin türkcə yazılmış ilk lüğət əsəri olan “Divânu Lügati't-Türk” Kaşgârlı Mahmut tərəfindən yazılmağa başlanıb. 1074-cü il fevralın 10-da başa çatıb.

1363 – Sırpsındığı döyüşündə 10 minlik Osmanlı İmperiyası ordusu  Serblərin rəhbərliyi ilə 100 minlik Avropa birləşmiş ordusuna qalib gəlib.

1479 – Konstantinopol müqaviləsi ilə Venesiya Respublikası ilə Osmanlı İmperiyası arasında 15 illik müharibə başa çatıb.

1554 – Müqəddəs Pavel günündə Braziliyanın cənub-şərqində, Tiete çayı vadisində Portuqal yezuitləri San-Paulu şəhərinin əsasını qoyublar.

1658 – Yeni Amsterdam qubernatoru insanların diqqətini ibadətdən yayındırdığı üçün tennisi qadağan edib.

1701 – Moskvada riyaziyyat və naviqasiya elmləri məktəbi yaradılıb.

1708 – Moskvada mülki şriftlə çap edilmiş ilk rus kitabı nəşr olunub. Bu kitab Rusiyada həndəsə üzrə ilk çap dərsliyi olan "Slavyan torpaq ölçmələrinin həndəsəsi" kitabı idi.

1774 – Kaskin Samarov və Çika Zarubinin qoşunlarının Ufaya ikinci hücumu başlayıb.

1791 – İngiltərə parlamenti Kvebeki Yuxarı və Aşağı Kanadaya (indiki Ontario və Kvebek) bölüb.

1802 – I Napoleon İtaliyanın prezidenti seçilib.

1813 – I Napoleon Roma Papası VII Piyi Papa hakimiyyətinin ilhaqını tanıyan ikinci konkordatı imzalamağa məcbur edib.

1831 – Polşa Seymi imperator I Nikolayın Polşa taxtından devrildiyini elan edib.

1878 – Leyden Universitetində dünyada ilk nəzəri fizika şöbəsi açılıb.

1905 – Cənubi Afrikada dünyanın ən böyük almazı olan Kullinan almazı (3106 karat) tapılıb.

1917 – İrlandiya dənizində 3211 qızıl külçə daşıyan ingilis layneri “Laurentic” alman minasına düşərək batıb, 350 nəfər həlak olub.

1918 – Rusiya Sovet İttifaqının (SSRİ) qurulduğunu elan edib.

1919 – Antanta Millətlər Liqasının yaradılması planını təsdiqləyib.

1919 – Ermənilər Antep Hökumət binasını və idarəetməni ələ keçirdiklərini bildiriblər.

1924 – Şamonidə (Fransa) ilk Qış Olimpiya Oyunları açılıb.

1932 – SSRİ və Polşa təcavüz etməmək haqqında pakt imzalayıblar.

1942 – İkinci Dünya Müharibəsi zamanı Tailand ABŞ və İngiltərəyə müharibə elan edib.

1943 – Voronej şəhəri nasist işğalçılarından azad edilib.

1949 – İsraildə ilk parlament seçkiləri keçirilib.

1955 – ABŞ Konqresi Tayvanı müdafiə etmək üçün hərbi gücdən istifadə etməyə səs verib.

1955 – “Almaniya ilə müharibə vəziyyətinə xitam verilməsi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı dərc olunub.

1955 – Kolumbiya Universitetinin alimləri 300 ildə 1 saniyə xəta ilə vaxtı göstərən nüvə saatı yaradıblar.

1957 – Hindistan Kəşmiri ilhaq edib və özünə birləşdirilib.

1971 – İdi Amin Milton Oboteni devirən çevrilişə rəhbərlik edib və Uqandanın prezidenti olub.

1981 – Çində “Dördlər Dəstəsi”nin üzvləri ölümə məhkum edilib.

1990 – Kolumbiyanın Avianca aviaşirkətinə məxsus Boeing 707-300 təyyarəsi Nyu-Yorkda qəzaya uğrayıb, göyərtəsində olan 158 nəfərdən 73-ü həlak olub.

1990 – Pakistanın baş naziri Benazir Bhutto dünya tarixində uşaq dünyaya gətirən ilk baş nazir olub.

1991 – SSRİ böyük şəhərlərdə polis və ordunun birgə patrul xidməti haqqında fərman verib.

1995 – Norveç sahillərində meteoroloji raketin buraxılması Rusiya və ABŞ arasında nüvə mübadiləsinin başlanması təhlükəsi yaradıb.

1996 – Rusiya Avropa Şurasına daxil olub.

1999 – Kolumbiyada zəlzələ nəticəsində minə yaxın insan ölüb.

2004 – İkinci Amerika roveri Opportunity Marsın səthinə enib.

2005 – San-Fransiskoda şəhərin meydanlarında, parklarında və digər ictimai yerlərində siqaret çəkmək qadağan edilib. Cərimə 100 dollar olaraq açıqlanıb.

2005 – Hindistanda həcc mərasimi zamanı izdihamda 258 nəfər ölüb.

2006 – İlk dəfə seçkilərə qatılan İslami Müqavimət Hərəkatı HƏMAS Fələstində keçirilən ümumi seçkilərdə qalib gələrək 10 illik Fəth hakimiyyətinə son qoyub. İsmayıl Haniyə fevralın 19-da baş nazir olub, lakin İsrail HƏMAS hökuməti ilə bütün danışıqları dayandırıb.

2010 – “Ethiopian Airlines” şirkətinin Boeing-737 təyyarəsi Beyrut yaxınlığında qəzaya uğrayıb, 90 nəfər ölüb.


Doğumlar

750 – IV Lev Xəzər, Bizans imperatoru (775-780) (ö. 780).

1627 – Robert Boyl, ingilis-irland kimyaçısı, fizik, təbiət filosofu və ilahiyyatçısı (ö. 1691).

1736 – Jozef Laqranj, fransız riyaziyyatçısı, mexaniki və astronomu, "Analitik mexanika" traktatının müəllifi (ö. 1813).

1783 – Uilyam Kolqeyt, amerikalı iş adamı, “Colgate” şirkətinin yaradıcısı (ö. 1857).

1787 – Semyon Korsakov, rus mexaniki cihazların ixtiraçısı, dünyada ilk kibernetiklərdən biri (ö. 1853).

1823 – Hacı Zeynalabdin Tağıyev, Azərbaycanlı milyonçu, mesenat, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureate (ö. 1924).

1860 – Çarlz Kertis, ABŞ-ın 31-ci vitse-prezidenti (1929-1933) (ö. 1936)

1891 – Uilyam Bullit, ABŞ-ın SSRİ-dəki ilk səfiri (1933-1936) (ö. 1967).

1917 – İlya Priqojin, belçikalı fizik və fiziki kimyaçı, Kimya üzrə Nobel mükafatı (1977) (ö. 2003).

1926 – Yusif Şahin, Misir kinorejissoru və prodüseri (ö. 2008).

1928 – Eduard Şevardnadze, sovet və gürcü siyasətçisi, Gürcüstan prezidenti (1995–2003) (ö. 2014).

1933 – Corazon Aquino, Filippin prezidenti (1986-1992) (ö. 2009).

1935 – Antonio Ramalho Eanis, Portuqaliya Prezidenti (1976-1986).

1937 – Ange-Felix Patasse, Mərkəzi Afrika Respublikasının Prezidenti (1993-2003) (ö. 2011).

1951 – Leonid Telyatnikov, Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda baş vermiş yanğının söndürülməsində şəxsən iştirak edən Sovet və Ukrayna yanğınsöndürən, daxili xidmət general-mayoru, Sovet İttifaqı Qəhrəmanı (ö. 2004).

1954 – Kay Cotty, avstraliyalı dəniz səyyahı, dünyanı təkbaşına dövrə vuran 1-ci qadın.

1967 – Nikol Upfoff, alman atleti, terbiye üzrə 4 qat Olimpiya çempionu.

1978 – Vladimir Zelenski, ukraynalı aktyor, ssenarist, prodüser, teleaparıcı, Ukraynanın 6-cı prezidenti (2019-cu ildən).

1980 – Xavyer Hernandes Kreus, ispaniyalı futbolçu, dünya çempionu (2010) və Avropa çempionu (2008, 2012).