24 yanvar

Azərbaycanda olan hadisələr

1992 – Slovakiya Azərbaycanın müstəqilliyini tanıyıb.

1945 – Azərbaycan sovet sərkərdəsi, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanov Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində Pribaltika cəbhəsinin komandanı, erməni İvan Xristoforovoç Baqramyanın təşkil etdiyi atəş nəticəsində həlak olub.


Dünyada olan hadisələr

41 – Kaliqulaya qarşı sui-qəsd təşkil olunub. Roma İmperiyasının imperatoru və ailəsi öldürülüb, Tiberi Klavdi Neron Germanik hakimiyyətə gəlib.

1458 – I Matyaş Macarıstanın kralı olub.

1720 – I Pyotr Rusiya İmperiyasının Dəniz Xartiyasını təsdiq edib.

1835 – Braziliyanın Salvador şəhərində qullar 50 ildən sonra orada köləliyə son qoymağa kömək edən üsyana başlayıblar.

1919 – Vətəndaş müharibəsi zamanı Y.Sverdlovun imzası ilə RKP (b) MK-nın Təşkilat Bürosunun kazaklara qarşı mübarizə haqqında direktivi verilib və bu, bolşeviklərin kazaklara və onların ailələrinə qarşı kütləvi qırmızı terrorun yolunu açıb.

1939 – Çilidə zəlzələdə 28.000 adam ölüb.

1943 – İkinci Dünya Müharibəsi: Franklin Ruzvelt və Winston Churchill-in iştirak etdiyi Kasablanka Konfransı başa çatıb.

1946 – Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Atom Enerjisi Komissiyasını yaradıb.

1966 – Hindistanın Boeing 707 təyyarəsi Blan dağında qəzaya uğrayıb, 117 nəfər həlak olub.

1984 – İlk fərdi kompüter Apple Macintosh buraxılıb.

1986 – “Voyager-2” peyki Uranın 81.500 km-dən keçib.

1988 – Nijnevartovsk yaxınlığında Yak-40 təyyarəsi qəzaya uğrayıb, 27 nəfər həlak olub.

1994 – Türkiyənin ilk rabitə peyki “Türksat 1A” buraxılışdan 12 dəqiqə 12 saniyə sonra okeana düşüb.

2004 – NASA-nın “Opportunity” roveri əkiz “Spiriti”dən iki həftə sonra Marsın səthinə enib.

2011 – Moskvada Domodedovo hava limanında terror aktı törədilib, 37 nəfər həlak olub, 170 nəfər yaralanıb.

2020 – Böyük Britaniyanın baş naziri Boris Conson ölkənin Avropa İttifaqından çıxması şərtləri haqqında saziş imzalayıb.

2020 – Türkiyənin Elazığ vilayətində 6,7 bal gücündə zəlzələ baş verib, 41 nəfər həlak olub, 1607 nəfər yaralanıb.


Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Təhsil Günü.
  • Eskimo Günü.

Doğumlar

76 – Adrian (Publius Elius Trayan Hadrian), Roma İmperatoru (117-138) (ö. 138).

1679 – Kristian fon Volf, alman filosofu, riyaziyyatçısı, ensiklopedik alim (ö. 1754).

1862 – Edith Wharton, Amerika yazıçısı, Pulitzer Mükafatını qazanan ilk qadın (1921) (ö. 1937).

1873 – Dmitri Uşakov, rus filoloqu, 4 cildlik Rus dilinin izahlı lüğətinin tərtibçisi (1940-cı il) (ö. 1942).

1888 – Ernst Heinkel, Alman təyyarə konstruktoru, Heinkel firmasının yaradıcısı (ö. 1958).

1891 – Walter Model, Alman feldmarşalı, “Mərkəz” və “Şimal” Ordu Qruplarının komandanı (1945-ci ildə intihar edib).

1905 – Ümmə-əl Banu (Nağıyeva-Əsədullayeva), Azərbaycan yazıçısı, publisist, tərcüməçi (ö. 1992).

1933 – Kamran Bağırov, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 12-ci birinci katibi (1982-1988) (ö. 2000).

1941 – Aftandil İsrafilov, qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1998).

1953 – Mun Çe-İn, Cənubi Koreyanın 12-ci prezidenti.

1955 – Vaqif Qarayev, Rusiya Federasiyasının Bəhreyndəki fövqəladə və səlahiyyətli səfiri. O, bu posta ölkə prezidenti Vladimir Putinin 2014-cü il 29 dekabr tarixli fərmanı ilə təyin olunub.

1977 – Çad Harli, ABŞ vebmasteri və iş adamı, "Youtube" video paylaşma xidmətinin banilərindən biri və CEO-su.

1986 – Rasim Ramaldanov, Azərbaycan futbolçusu, Qəbələ futbol klubunun və Azərbaycan milli futbol komandası müdafiəçisi.