24 noyabr

Azərbaycanda olan hadisələr

1995 – Azərbaycan Respublikası Bruney ilə diplomatik əlaqələr qurmuşdur.

1988 – Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib.

1992 – ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na 907-ci əlavəni qəbul edib.

2006 – Mehriban Əliyeva İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb.


Dünyada olan hadisələr

1642 – Holland səyyahı Abel Tasman Avstraliya ətrafında adalar qrupunu kəşf edib. Bu ərazi sonradan onun şərəfinə Tasmaniya adaları adlandırılıb.

1798 – Fransada əmlak vergisinə əlavə olaraq “Qapı və pəncərə vergisi” də tətbiq edilib.

1859 – Çarlz Darvinin “Növlərin mənşəyi” kitabı nəşr edilib. Kitabın ilk tirajı bir gündə satılıb.

1928 – Türkiyə Böyük Millət Məclisi Qazi Mustafa Kamala “Baş müəllim” dərəcəsi verib.

1934 – Soyad qanunu qəbul edildikdən sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala Atatürk adı verilib.

1945 – BMT rəsmən fəaliyyətə başlayıb. Təşkilatın Nizamnaməsi ratifikasiya olunub.

1951 – Fransız tədqiqatçısı kapitan İv Kusto ilk dəniz səyahətinə çıxıb.

1961 – BMT nüvə silahından istifadəni qadağan edən qətnamə qəbul edib.

1969 – ABŞ və SSRİ nüvə silahını yaymamaq haqqında saziş imzalayıb.


Doğumlar

1632 – Benedikt Spinoza, filosof.

1729 – Aleksandr Suvorov, rus sərkərdəsi, (bəzi mənbələrdə onun 1830-cu ildə anadan olduğu göstərilir).

1937 – Ağacan Abıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü.

1963 – Ziyafət Əsgərov, 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini. Hüquq elmləri namizədi, professordur.

1966 – Vüqar Qaradağlı, müəllim, alim, jurnalist, Əməkdar jurnalist, BDU-nun dosenti.

1969 – Pərviz Şahbazov, Azərbaycan Respublikasının Energetika naziri.

1994 – Çingiz Qurbanov, Azərbaycanın Milli Qəhrəmanı.

2005 – Fidan Hüseynova, Azərbaycan müğənnisi.