23 sentyabr

Azərbaycanda olan hadisələr

1989 – "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya Qanunu qəbul edilib.

1989 – Azərbaycan dili Azərbaycan Respublikasının (Azərbaycan SSR) dövlət dili elan olunub.

1991 – Jeleznovodsk şəhərində DQMV nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası, Ermənistan Respublikası, RSFSR və Qazaxıstan SSR rəhbərlərinin görüşündə prezidentlər kommunike imzalayıblar.

1992 – Azərbaycan Respublikası Vyetnam ilə diplomatik əlaqələr qurub.

1993 – Azərbaycan Respublikası Albaniya ilə diplomatik əlaqələr qurub.

2003 – Azərbaycan Respublikasının baş naziri İlham Əliyev BMT-nin sessiyasında iştirak edib.

2008 – Bakıda Rixard Zorgeyə həsr olunan beynəlxalq konfrans keçirilib.


Dünyada olan hadisələr

1529 – Türklər Leitha Döyüşündə Avstriya qüvvələrini geri oturdublar.

1561 – İspan kralı II Filipp Floridanın müstəmləkəçiliyinə son qoymağı əmr edib.

1595 – İspaniya hökuməti Amerika hindu əhalisini yox etməyi deyil, koloniyalara bölüşdürərək xristian etməyi qərara alıb.

1723 – Rusiya ilə Fars arasında Sankt-Peterburq Sülh Müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Dərbənd, Bakı, Rəşt, Şirvan, Gilan, Mazandaran və Astrabad vilayətləri Rusiyaya verilib.

1784 – Fransız kralı XVI Lüdovik, bütün dəsmalların oval formada tikilməsinin sərfəli olmadığına görə dördbucaqlı olması haqqında fərman verib.

1803 – Hindistanda Marat İmperiyası qoşunları ilə İngiltərə qoşunları arasında ingilislərin tam qələbəsi ilə başa çatan Asai Döyüşü baş verib.

1821 – Tripolisi ələ keçirən yunanlar 30000 türkü qanına qəltan edib.

1846 – Berlin Rəsədxanasından alman astronom İohann Qottfrid Halle, U.Leveryenin təlimatlarından istifadə edərək Neptun planetini kəşf edib.

1848 – Amerikalı Con Kurtis evində ilk saqqızı istehsal edib.

1856 – İzmir-Aydın dəmir yolu xətti güzəşti bir İngilis şirkətinə verilib. 1866-cı ildə istifadəyə verilən 612 kilometrlik dəmir yolu xəttinin güzəşt müddəti 15 oktyabr 1950-ci ildə başa çatmalı idi. Ancaq gənc respublika hökuməti bu xətti 30 may 1935-ci ildə satın aldı.

1862 – Bismark Almaniyanın kansleri seçilib.

1873 – Sankt-Peterburqda kerosin lampaları əvəzinə dünyanın ilk elektrik lampaları yandırılıb.

1894 – İlk Fransa Həmkarlar İttifaqı – Ümumi Əmək Konfederasiyası yaradılıb.

1922 – İ.V.Stalin Sovet respublikalarının RSFSR tərəfindən mənimsənilməsi anlamına gələn "avtonomlaşdırma" layihəsini təqdim edib. Layihə Lenin tərəfindən rədd edilib.

1923 – Bolqarıstanda Sentyabr qiyamı başlayıb.

1924 – Leninqradda şiddətli bir daşqın meydana gəlib, Nevadakı su normadan 380 sm yuxarı qalxıb.

1931 – İqtisadi böhran səbəbiylə iki gün bağlanan London Birjası yenidən açılıb.

1932 – "Ərəb krallığının bir hissələrinin birləşdirilməsi haqqında" fərman verilib və buna görə dövlət Səudiyyə Ərəbistanı Krallığı olaraq tanınıb.

1936 – Kemerovodakı “Tsentralnaya” mədənində partlayış baş verib, bu da Sibir "təxribatçıları" ilə bağlı məhkəmənin başlamasına səbəb olub.

1937 – RSFSR ərazisində Arxanqelsk və Voloqoskaya bölgələri yaradılıb.

1942 – Nasist Almaniyası Auschwitzdə qaz kameralarında öldürmə qətliamlarına başlayıb.

1943 – Poltava şəhəri alman faşist işğalçılarından azad edilib.

1944 – Etnik ukraynalıların Polşadan Ukraynaya zorla çıxarılmasının başlanğıcı.

1947 – Bolqar Milli Birlik Aqrar Partiyasının lideri Nikola Petkov asılıb.

1954 – Şərqi Almaniya polisi ABŞ casusu olduğu iddia edilən 400 nəfəri həbs edib.

1961 – Kıbrıs-Adana-Ankara reysi ilə uçan THY-nin Tayland təyyarəsi Etimesgut Hava Limanı yaxınlığındakı Kırmızıtəpəyə çırpılıb və 28 nəfər həyatını itirib.

1973 – 18 il əvvəl çevriliş nəticəsində devrilən Xuan Peron yenidən Argentina prezidenti seçilib.

1980 – Severodvinskdə (Rusiya) dünyanın ən böyük sualtı qayığı "Akula" ("Tayfun") buraxılıb.

1981 – Kvebekdə (Kanada) ingilis dilində ictimai plakatlar qadağan edilib.

1986 – Amerikalı həkim Çarlz Hayder aclığa başlayıb. Bu xəbər dünyada, o cümlədən keçmiş SSRİ-də əks səda doğurub.

1991 – Tacikistan Parlamenti Kommunist Partiyasını qadağan etmək qərarını ləğv edbi, prezident K.A.Aslonovu vəzifəsindən azad edib və onu Kommunist Partiyasının keçmiş rəhbəri R.N.Nəbiyevlə əvəz edib.

1991 – RSFSR Nazirlər Sovetinin qərarı ilə Leninqrad Maliyyə-İqtisad İnstitutu Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinə çevrilib.

1993 – Suxumi uğrunda gedən döyüşdə, Abxaziya artilleriyası Suxumi hava limanını atəşə tutub və insanlarla birlikdə Tu-134 təyyarəsini məhv edib.

1996 – Konstitusiya Məhkəməsi, Türk Cəza Məcəlləsinin evli bir kişinin zina etməsinə üstünlük verən maddəsini ləğv edib.

1997 – Yandex.Ru axtarış sistemi elan edilib.

1997 – Əlcəzairdə kənd basqını: 200 nəfər ölüb, 100 nəfər yaralanıb. Basqının İslamçı radikallar tərəfindən həyata keçirildiyi iddia edilib.

1999 – Abdullah Öcalan bir açıqlama verərək bir qrup PKK üzvünün Türkiyəyə gəlib təslim olmasını tələb edib.

1999 – Çində tapılan ən qədim musiqi aləti 9000 illik fleytanın kəşfi elan edilib.

2002 – Evtanaziya qanunu Belçikada qüvvəyə minib.

2004 – Kiyevdə GUÖAM ölkələri Parlament Assambleyası təsis olunub.

2008 – NATO və BMT baş katibləri əməkdaşlıq sazişi imzalayıblar.

2008 – Android əməliyyat sisteminin ilk versiyasının təqdimatı olub.


Bayramlar və xüsusi günlər

  • Qırğızıstanda Dövlət Dili Günü.
  • Litvada Soyqırım Qurbanlarını Anma Günü.
  • Səudiyyə Ərəbistanında Milli Gün.

Doğumlar

E.ə. 480 – Evripid, qədim yunan dramaturqu (ö. e.ə. 406).

E.ə. 63 – Qay Yuli Sezar Oktavian Avqust, ilk Roma imperatoru (e.ə. 27-14) (ö. 14).

1215 – Xubilay xan, Monqol Xanı, Çingiz xanın nəvəsi, Yuan sülaləsindən Çinin ilk imperatoru (1271-1294) (ö. 1294).

1748 – Mirzə Yəhyaəli xan ibn Cəlaləddin Mirzə Heydər xan Baranlı, Aud nəvvabı (ö. 1797).

1819 – Armand İppolit Lui Fizo, ilk dəfə işıq sürətini ölçən fransız fiziki (ö. 1896).

1861 – Robert Boş, alman mühəndis, ixtiraçı, Bosch şirkətinin qurucusu (ö. 1942).

1890 – Friedrix Paulyus, Almaniya hərbi lideri, feldmarşal-general, “Barbarossa” planının müəlliflərindən biri (ö. 1957).

1914 - Validə Tutayuq, Azərbaycanın ilk qadın akademiki, tanınmış botanik-alim, əməkdar elm xadimi (ö. 1980).

1929 - Firəngiz Əhmədova, SSRİ-nin xalq artisti, müğənni (lirik-dramatik qızıl saprano), "Şöhrət" ordenli sənətkar (ö. 2011).

1929 – Yusif Yusifov, azərbaycanlı tarixçi, şərqşünas (ö. 1998).

1943 – Julio İglesias, ispan müğənni, musiqiçi, mahnı müəllifi.

1956 – Paolo Rossi, italyan futbolçu, dünya çempionu (1982).

1969 – Ülvi Bünyadzadə, Azərbaycan şairi, 20 yanvar şəhidi (ö. 1990).

1980 – Şahin İmranov, azərbaycanlı boksçu.